ABŞ ın Kaliforniya Universitetindən elm adamlarının etdiyi araşdırma, duyğuları açıq ifadə edilməsinin qorxunu böyük ölçüdə azalda biləcəyini göstərdi.
Alimlər hörümçəkdən qorxan 88 adamı 4 qrupa ayırdı. İştirakçılar bağlı bir yerdə saxlanan hörümçəyin önünə aparıldı.
İlk qrupdakılardan "Çirkin və qorxunc hörümçək məni narahat edir və qorxudur" kimi cümlələr quraraq duyğularını ifadə etmələri istəndi.
İkinci qrupdakılardan, "Bu kiçik hörümçək mənə zərər verə bilməz, ondan qorxmuram" , üçüncü qrupdakılardan qorxu anında hiss etdikləriylə əlaqədar olmayan cümlələr qurmaları və dördüncü qrupdan heç bir şey söyləməmələri istəyərək hörmüçəyə yaxınlaşmaları söylədi.
Alimlər 1 həftə sonra iştirakçılardan açıq havada olan hörmüçəyə addım-addım yaxınlaşmalarını hətta heyvana toxunmalarını istəyərək, onların heyvana nə qədər yaxınlaşdıqlarını təyin etdi və psixoloji vəziyyətlərini qiymətləndirdi.
Araşdırmaçılar, ilk qrupdakıların digər 3 qrupdakılardan daha çox yaxınlaşa bildiyini və əllərinin digər qrupdakılardan daha az tərlədiyini gördü.
Araşdırmaya imza atanlardan Matthew Lieberman, tam olaraq səbəbini anlamasalar da hörümçəkdən qorxanların yalnız qorxunu hiss etmək yerinə, hiss etdiklərini cümlələrlə ifadə etmələrinin fərq yaratdığını vurğuladı.
Lieberman, hörümçək üçün deyilən sözləri də araşdırdıqlarını ifadə edərək, nə qədər mənfi söz deyilsə qorxunun o qədər azaldığını gördüklərini söylədi.
Alimlər, nəticələrdən yola çıxaraq, bu yanaşmanın təcavüzdən zərər çəkmişlərin, ailə içi şiddətə məruz qalanlara ya da döyüşdən dönən əsgərlərə də faydalı olduğunu ifadə etdi.