Qadin.NET / Enerjininn şəxsi generatoru

Enerjininn şəxsi generatoru

 

  İnsan 8-10 dəqiqədən artıq oksigensiz qaldıqda, beyin hüceyrələri məhv olmağa başlayır. Böyük həcmli ağciyərlərə və fiziki sağlamlığa malik olan insanlar bir qədər artıq qala bilərlər. Bədən temperaturunun donma həddinə qədər enməsi, beyin hüceyrələrinin yaşama müddətini artırır.

 

Enerjininn şəxsi generatoru

 Beyin-bir növ elektrik generatorudur. O, orqanizm üçün vacib olan elektrik enerjisinin böyük hissəsini istehsal edir. Beynin bioelektrik fəallığı tükəndikdə, insan hüquqi cəhətdən ölmüş sayılır. Elektroensefaloqrammada (EEQ) bu düz xətt şəklində göstərilir. İnsan nəfəs almaqda, onun ürəyi işləməkdə davam edə bilər, lakin əgər beyin qabığı məhv olubsa, onu bərpa etmək mümkün deyil.

  Orqanizm üçün vacib olan elektrik enerjisinin istehsalında yediyimiz qida, içdiyimiz su, eyni zamanda mineral maddələr və vitaminlər, hormonlar, qan, əzələlər və ürək iştirak edir. Lakin bütün bunlardan ən vacibi nəfəs aldığımız havadır.

 Düzgün tənəffüs zamanı böyük miqdarda oksigen qəbulu yaddaşı yaxşılaşdırır, iş qabiliyyətini artırır, potensiyaya müsbət təsir edir..         Hər birinizə can sağlığı arzulayıram smile


5 dekabr 2012
GO BACK