Qadin.NET / Dünyadakı “Ən”lər silsiləsindən

Dünyadakı “Ən”lər silsiləsindən

Ölüm nisbətlərinin ən çox olduğu ölkə Əfqanıstandır. Bu Orta Şərq ölkəsinin kişiləri 43,4 yaşına qədər yaşamağı ümid edir. Əgər belə statistikanı götürsək o zaman Əfqanıstanı dünya ölkələrinin siyahısında ən sonuncu pillədə yerləşdirmək məcburiyyətindəyik. Əfqanların diyarı ən çox uşaq ölümlərinin yaşandığı ölkə hesab olunur.

 

Dünyadakı “Ən”lər silsiləsindən


Qadınların ən az ömür sürdükləri ölkə də var. Belə ki, Afrikanın ən az inkişaf etmiş ölkələrindən olan Zimbabvedə qadınlar 43,6 il yaşayırlar. Yapon qadınlar isə Zimbabvelilərdən fərqli olaraq daha çox ömür sürürlər. Yapon qadınlar üçün ortalama yaş həddi 86,2 ildir.

Venesuellada adam başına ildə 83 litr pivə istehlakı edilir. Məhz buna görə onları dünyanın ən çox pivə qəbul edən ölkə adlandırırlar.  

Zərərli vərdişinə görə seçilən başqa bir ölkə isə Yunanıstandır. Gündə adambaşına 8 ədəd siqaret çəkən yunanlar, bununla dünyanın ən çox siqaret çəkən milləti adlandırırlar.

Türklər, zamanlarını yemək yeməklə keçirən ölkələr sırasında birinci yerdədirlər! Türk insanı, gününün 162 dəqiqəsini yemək-içməklə keçirir. 

 

Dünyadakı “Ən”lər silsiləsindən 

 

Braziliyalılar hər il 2,164 min ton qəhvə yetişdirir. 

Çin ildə 1,166 min ton çay becərir. Ən çox çay istehlak edən xalq yenə də çinlilərdir. (828 min ton). 

Ən az işsizliyin qeydə alındığı yer Kayman adalarıdır. Adanın 67,7%-i işləyir. 

Kanadada hər 100 insana 94,3 kompüter düşür. 

Birləşmiş Ərəb Əmrliklərinin hər 100 vətəndaşın 176,5-nin cib telefonu var. 

 

Dünyadakı “Ən”lər silsiləsindən

 

İslandiya ən çox qəzet satılan ölkədir. Burada hər 1000 nəfərdən 821-i qəzet oxuyur. 

Kuba, təhsilə ən çox pul xərcləyən ölkədir. 

Malidəki kişilərin yalnız 26,2-i oxuyub yaza bilir. 

Dünyanın ən yaxşı 15 universiteti İngiltərə və ABŞ-dadır. Bunlar arasında Cambridge, Oxford, College London, İmperial College London Universitetləri var. 

 

Dünyadakı “Ən”lər silsiləsindən
  

Çində 1,3 milyard insan yaşayır. Bu say ilə Çin ən çox əhaliyə sahib olan ölkədir. 

Hindistan da Çindən heç geri qalmır. 1,1 milyard əhali ilə dərhal o dünyada ikincidir.  

ABŞ ən böyük iqtisadiyyata sahib ölkədir. Yaponiya isə ikincidir. 

Çin ildə ən çox qızıl çıxaran ölkədir. (270 ton) 

Amerika 657,2 milyard kub metrlə ən çox təbii qaz istehlak edən ölkədir.

11 oktyabr 2012
GO BACK