Misir gözəllik simvolu kraliça Kleopatranın 3 ölçülü təsviri hazırlanıb.
Bu günə qədərki ən real Kleopatra təsviri olduğuna inanılan canlandırmanın gözləniləndən çirkin olması diqqət çəkdi.
Misirin məşhur kraliçası gözəllər gözəli Kleopatra, sən demə çirkin imiş! Elizabet Teylordan Sofi Lorenə qədər bir çox ünlü ulduz tərəfindən canlandırılan və qadınların gözəllik simvolu olan güclü kraliçanın 3 ölçülü təsviri heyrət doğurub.
Kembric Universitetindən olan Misir mütəxəssisi Salli Ann Eşton, 3 ölüçülü olaraq canlandırılan yeni Kleopatranın bu günə qədərki ən real təsvir olduğuna inanır. Gənc və gözəl bir qadının etnik mənsubiyyəti ilə qarışdırılmasından sonra ortaya çıxan nəticə, 1961-ci ildə Elizabet Teylorun canlandırdığından olduqca fərqlidir.