Qadin.NET / O an...

O an...

O an...

1993-cü ildə çəkilmiş "Sudanda aclıq" adlı bu şəkil fotoqrafa böyük şöhrət bəxş etmişdi. Təsadüfən, aclıqdan ölmək üzrə olan qızcığazı görən Cənubi Afrikalı fotoqraf Kevin Karter həmin anı yaxalamaq üçün fotoaparatını işə saldı. Elə bu an uşağa yaxınlaşan qartal mənzərəni daha "dolğun" etdi. Kevin sevincək halda kadrı yaxaladı. Sonra qızcığazın sürünərək irəlilədiyini, qartalınsa sakitcə uzaqlaşdığını görüb yoluna davam etdi.

Bəli, o artıq əmin idi ki, çəkdiyi şəkil onu məşhur edəcək. Ümidləri puça çıxmadı, şəkil ona nəinki ad-san, hətta 1994-cü ildə Pulitzer mukafatını da qazandırdı. Hər kəs onu təbrik edirdi, çəkdiyi şəkil qısa zaman ərzində New-York Times qəzetinin səhifələrini "bəzəyirdi".

Can atdığı zirvəyə çatmışdı, amma daxilində baş verən təlatümlərdən hər kəs xəbərsizdi...

 Görəsən, o uşağın aqibəti necə oldu?, niyə axı ona kömək etmədim? və s. kimi cavabsız suallar onu rahat buraxmırdı...

Keçirtdiyi depressiyalar nəticəsində elə həmin ildə 33 yaşlı fotoqraf intihar etdi...

Bəs, onu tərifləyənlər, ayaqda alqışlayanlar, çəkdiyi şəkli pulla alanlar, o an nə düşünürdülər, görəsən?

Kevinin çəkdiyi bu şəkil insanda yalnız təəssüf hissi doğura bilərdi, halbuki kimlərsə bu şəkli "İlin ən yaxşı şəkli" elan etdilər...   

Mövzunu davam etdirmək məqsədilə sizə gənc rejissor Susan Jacobson tərəfindən çəkilmiş və 2007-ci ildə Manhetten festivalının qalibi olmuş qısametrajlı filmi təqdim edirəm. 5 dəqiqəlik zamanınızı alacaq bu film sözlə ifadə olunmayacaq qədər mənalı və təsirlidir... 

13 oktyabr 2012
GO BACK