Lerik rayonunda dünyada yeganə olan "uzunömürlülər muzeyi" olduğunu yəqin ki eşitməmiş olmazsınız. Mən də eşitmişdim amma görməmişdim. Son istirahətim Lerikdə olduğu üçün fürsət tapıb ora getdim. Yaxşı ki, də getmişəm. Sizlər üçün də bir neçə şəkil çəkdim. Bələdçiyə qulaq asmaqdan çox çəkə bilmədim
Lerikin ən uzun ömürlü sakini 168 il yaşamış Şirəli Müslümov olub. 26 Mart 1805 – 2 sentyabr 1973. Şirəli babanın 136 yaşı olanda O, 57 yaşlı Xatın xanımla evlənmiş və hətta bir qızları da doğulmuşdur.Əslində o dünyanın ən çox yaşamış insanıdır. Amma dəqiq təstiqlənmədiyi üçün rekordlar kitabına salmıyıblar. Şəkildə sağdakı kişidir.
Bu da onun məzarıdır.
Bu kişinin 135 yaşı var. Hələ də yaşayır. Deyirlər o Lerikdən həyatı boyu bir neçə dəfə çıxıb harasa gedib. İndi də ata minir atla gəzir.
Bu Rəhimova Mabacı nənədi. 103 il yaşayıb.2003-cü ildə rəhmətə gedib.
Şərəbanu nənə 107 il yaşayıb.2007-ci ildə vəfat edib.
Bu nənələr haqqında məlumat yox idi.Adam çox idi deyə bələdçidən soruşmadım daha.
Bu nənəylə babanın şəkli evliliklərinin 60 illiyində çəkilib.Medal verilib onlara.Babayla Lerikdə bulaq başında rastlaşdıq,şəkillər çəkdirdik. Uzun illər Lerikin prokuroru olub.Elə hiss olunurdu ki,vəzifə adamı olub :) Allah hamıya belə uzun ömürlü evlilk nəsib etsin.
Bunlar Lerik rayonunda arxeoloji qazıntılar zamanı tapılmış əşyalardır.
Bu xarı bülbül çiçəyidi.Biz elə bilirdik bu çiçək yalnız Şuşada bitir.Amma səhf məlumat imiş.Lerik dağlarında da bitirmiş.Orda elə bitkilər var ki hər dərdə dərman.
İnanırsız oranın hər şeyi təmizdi.Havası,suyu,məhsulu.Onlarla qidalanan insan əlbətdə ki uzunömürlü olacaq.Allah hamıya uzun,mənalı,əsasən də sağlam ömür nəsib etsin.Amin!!!