Qadin.NET / Testosteron nədir?

Testosteron nədir?

Testosteron nədir?
Testosteron androgen qrupundan olan steroid hormondur. O, kişi cinsiyyət hormonudur.

Sağlamlıq, enerji, libido, immunitet sistemi və sümük əriməsi ilə yaxından əlaqədardır. Testosteronun olmaması həyati əhəmiyyət kəsb etməsə də, bu hormonun varlığı kişi xüsusiyyətlərinin inkişafı və funksiyası üçün şərtdir. Testosteron öz təsirini hələ ana bətnində olarkən göstərməyə başlayır. Ana bətnində kişi xüsusiyyətlərinin meydana gəlməsində iştirak edir. Sonra yetkinlik dövründə də cinsi  xüsusiyyətlərinin inkişafını təmin edir. Androgenler bədəndə tüklənməyə, səs qalınlaşmasına, sebum istehsalına, əzələ kütləsində artıma və qan yaranmasına təsir edər.Testosteron ümumi sağlamlığa, fiziki və zehni inkişafa da təsir edir. Eyni zamanda bu hormon romantik vəziyyət və motivasiya üçün də əhəmiyyətlidir. Testosteron azlığı olan kişilərdə depresiya və motivasiya çətinliyinə rast gəlinir.

Testosteronun cinsi davranış və fəaliyyətə əhəmiyyətli təsiri var.

Kişilərdə saçların tökülməsinə səbəb ola bilsə də, saçın tökülməsi yalnız testosterona bağlı problem deyil.

Qadınlarda eritrosit sayının kişilərə görə daha aşağı olmasının səbəblərindən biri də, qadınlardakı testosteron səviyyəsinin kişilərə görə daha aşağı səviyyədə olmasıdır. 

Bəzi idmançıların bədənlərini inkişaf etdirmək üçün testosterondan xarici bir doping (ingiliscə dope - narkotika vermək deməkdir) maddəsi kimi istifadə etdikləri məlumdur. Bunun səbəbi testosteronun əzələləri daha tez inkişaf etdirməsi və ya idmançının normal yollardan çata bilməyəcəyi gücə çatmasını təmin etdiyi inancıdır.

Doping kimi testosterondan istifadənin əks təsirləri:

Qaraciyər və böyrəklərdə şişlərin əmələ gəlməsi

Ürək əzələlərinə zərər verməsi

Ürək ritmini pozması

Ateroskleroz

Xolesterol sistemini pozması

Xətli əzələ hüceyrələrinin böyüməsinə səbəb ola bilməsi

Saç tökülməsi

Təcavüzkar davranışlara səbəb ola bilməsi. 

27 fevral 2013
GO BACK