Özcan Dəniz 19 may 1972-ci ildə Ankarada doğulmuş, beş yaşına qədər Ankarada yaşamışdır. 1977-ci ildə ailəsi ilə Aydına köçmüş, uşaqlığı və gəncliyinin ilk illəri Aydında keçmişdir.
Təhsil aldigii müddətdə özünün yazdığı kiçik hekayələri səhnələşdirərək, yoldaşları ilə qurduğu kiçik teatr birliyi ilə ətraf bölgələrdə çıxışlar etmişdir. Bu illərdə musiqiyə olan marağını da kəşf etmişdir.
İlk albomu 1992-ci ildə çıxardığı " Yine Ağlattın Beni ", ikinci albomu 1993-ci ildə "Meleğim" adlı albom olmuş və bu albom ilə şöhrət qazanmışdır. Ard-arda çıxdığı televiziya proqramlarında kino ictimaiyyətinin də diqqətini çəkmişdir. 1994-ci ildə "Ona Sevdiyimi Söylə" adlı filmində oynayaraq, kinoda ilk addımlarını atmışdır.
1995-ci ildə Vətənə borcunu yerinə yetirən Özcan Deniz, 1997-ci ildə "Yalan mı" albomu ilə müdhiş bir çevriliş etmiş və eyni il "Yalan mı" adlı serial ilə televiziya tamaşaçılarıyla da görüşmüşdur. Bir tərəfdən öz əhvalatlarını yazmaq və bunları həyata keçirmək ən böyük arzusuykən bir tərəfdən də musiqi fəaliyətinə davam edirdi.
Musiqi işlərinin yanında aktyorluq da Onun üçün vaz keçilməz olmuşdur. 1999-ci ildə əhvalatını özünün yazdığı "Aşkın Dağlarda Gezer" adlı serial ilə təkrar televiziya tamaşaçıları ilə görüşmüşdur.
2002-ci ildə əfsanə serial "Asmalı Konak" ilə musiqidə tutduğu müvəffəqiyyətli karyerasıni aktyorluqda da reallaşdıra bilmişdir. 2004-ci ildə "Haziran Gecesi", 2007-ci ildə "Kader", 2008-ci ildə "Aşk Yakar" adlı layihələrdə iştirak etmiş "Samanyolu" adlı serial ilə televiziya tamaşaçılarının evlərinə qonaq olmuşdur.
Musiqi və televiziya serialları işləri ilə birlikdə, kino filmi işləri də davam etməkdədir.1994 də çəkdiyi "Ona Sevdiyimi Söylə" dən sonra 2002-ci ildə "Asan Pul", 2003-ci ildə "O İndi Əsgər", "Asmalı Konak - Həyat", 2004-ci ildə əhvalatı özünə aid "Neredesin Firuze", 2006-ci ildə "Keloğlan Kara Şahzadə Qarşı", 2008-ci ildə Xarici İşlər Nazirliyinin dəstəklədiyi "Mövlana Aşkın Dansı" adlı sənədli film ilə kino sevənlərlə də görüşmüşdur.
Özcan Deniz "Ya Sonra" adlı filmdə bu dəfə sevənlərinin qarşısına aktyorluğunun xaricində rejissor şəxsiyyəti ilə çıxmağa başladı.
Hələ də Türkiyə və Dünyanın müxtəlif yerlərində konsert işlərinə davam edir.
Özcan Dənizin 2012 ci il Bi' Düsün albomu, Qadin.Netlilər üçün.Buyurun dinləyin.