Qadin.NET / Bir qadının ömrü neçə ayaqqabıdır?

Bir qadının ömrü neçə ayaqqabıdır?



Bir qadının ömrü 469 ayaqqabıdan ibarətdir. İngiltərədə aparılan araşdırma belə maraqlı nəticə çıxarıb. İngiltərədə maliyyə xidmətləri ilə məşğul olan "gocompare.com" saytının apardığı araşdırmada 3 mindən artıq qadın iştirak edib.
Minlərlə qadın arasında aparılan sorğuya görə, zərif cinsin nümayəndələri həyatları boyu ayaqqabılara minlərlə dollar pul xərcləyirlər. Bundan əlavə, qadınlar təxminən ildə yeddi cüt ayaqqabı alılar. Bununla da qadınlar həyatları boyu orta hesabla 469 cüt ayaqqabı sahibi olurlar.
Qadınların 40 faizi ayaqqabıları cazibədarlığın əsas simvolu hesab edirlər və ayaqqabıya xərclədiklər pula görə peşmançılıq çəkmirlər.

4 avqust 2010
GO BACK