Qadin.NET / Hotmail tarix olacaq

Hotmail tarix olacaq

Hotmail tarix olacaq

Hotmail adı bir çoxumuz üçün internet həyatımıza girdiyindən bəri var olan bir addır. 1996-ci ildə qurulan və dərhal növbəti il Microsoft tərəfindən satın alınan ödənişsiz e-poçt xidməti Hotmail adıyla 16 ildir həyatımızdadır. Amma Microsoft aldığı radikal bir qərarla bunu dəyişdirməyə hazırlaşır. İlk olaraq Hotmail markası artıq olmayacaq. Microsoft pulsuz e-poçt xidmətini bundan belə “Outlook” markası adı ilə təqdim edəcək. Hotmail səhifəsi hələlik qalmağa davam edəcək, istifadəçilərin yeni interfeysdən istifadəsi məcburi olmayacaq. Amma təbii ki bunun məhdud bir müddət üçün olacağı dəqiqdir. Hotmail e-poçt ünvanınızı istifadə edərkən “Outlook.com “ ünvanlarını da hesabınıza bağlaya biləcəksiniz. Outlook'la gələn ən əhəmiyyətli dəyişmələrdən biri də ictimai şəbəkələrlə olan inteqrasiya prosesidir. Məsələn kimlə bir danışma edirsinizsə Outlook o istifadəçinin Tweet'ini, Facebook yenilikləri kimi digər şəbəkələrdə paylaşdığı şeyləri qarşınıza gətirə bilir. Hətta Outlook interfeysini istifadə edərək bu şəbəkələrə şərh etmə, bəyənmə kimi əməliyyatları edə bilirsiniz. Təbii ki bunları edə bilməsi üçün Outlook'u digər hesablara bağlamağınız lazımdır. Bu icazələri istədiyiniz zaman geri ala bilirsiniz. Outlook'taki ən təsir edici şeylərdən biri istifadəçi interfeysinin son dərəcə sadə hazırlanmış olmasıdır. Doğrusu Microsoftun bu mövzuda aldığı dəyərləndirmə qiyməti çox yaxşı deyildi , amma son vaxtlarda firma bu sahədə böyük yol qət etdi. Microsoft bu il əhəmiyyətli atılmaları bir-birinin ardınca edir. Yaxın zamanlarda "Windows 8” stolüstü və planşetləri eyni əməliyyat sistemi altında bir yerə gətirməyə çalışacaq, Nokia'ila birlikdə ağıllı telefon bazarına açılacaq. Bunların olduqca böyük addımlar olduğu göz qabağındadır. Bununla belə,az qala bütün internet istifadəçiləri tərəfindən bilinən Hotmail markasını buraxıb Outlook'a keçmək olduqca cəsur bir həmlədir, nə deyirsiniz Microsoft müvəffəqiyyətli ola bilərmi?


10 noyabr 2012
GO BACK