Fransa'nın şimalındakı Douai kəndi yaxınlığındakı Viller-au-Tertredə yaşayan Dominique Cottrez (45 yaşlı) və Pierre-Marie Cottrez (47 yaşlı) cütlüyünün öz uşaqlarını dünyaya gəldikdən qısa müddət sonra boğaraq öldürdükləri və uşaqların cəsədlərini plastik qablara qoyub evin müxtəlif yerlərində basdırdıqları ortaya çıxıb. Hadisə Viller-au-Tertr'dəki evin yeni sahiblərinin evin həyətində 2 körpənin cəsədini tapması ilə aşkar edilib. Polisin evdə apardığı araşdırmalar nəticəsində evin müxtəlif yerlərində basdırılmış 8 uşağın cəsədi tapılıb. Hadisə yerindəki əməliyyat-axtarış orqanları uşaqların hər birinin bu cütlüyə aid olduğunu bildirib.
Ərazinin bələdiyyə sədri bu hadisə qarşısında şok olduğunu deyərək bir ananın öz uşaqlarını bu cür amansız şəkildə qətlə yetirməsinin mümkünsüz olduğunu bildirib. Cinayətdə ittiham olunan cütlük haqqında isə məhkəmə işi açılıb. Belə ki, məhkəmə qadının tibb bacısı işləməsini onun uşaqları öldürmək üçün xəstəxanadan çox rahat bir şəkildə müxtəlif dərmanlar götürə biləcəyinə əsas gətirib. Qadın isə məhkəmədə "uşaqlarımı istəmədiyim üçün onları öldürdüm" deyə ifadə verib. Qadın məhkəmənin gedişində uşaqları boğaraq öldürdüyünü və bu qətllərin heç birindən ərinin xəbəri olmadığını etiraf edib.
Beləliklə Fransa tarixində "ən dəhşətli uşaq qətli" kimi bilinən bu cinayət işinin sonunda cinayətdə ittiham olunan ata bəraət qazanaraq azadlığa buraxılıb. Qadını isə ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd: Sözü gedən cinayətdə ittiham olunan şəxslərin şəkillərini çox axtarsam da tapa bilmədim, bu səbəbdən sizlərə yalnız cinayətin baş verdiyi yeri göstərən şəkilləri təqdim edə bilirəm.