Qadin.NET / Yeməli peyzajlar

Yeməli peyzajlar

 Rəsm əsərlərini, xüsusilə də peyzajları seyr etməyi sevməyən tapılmaz.  

Bəs, heç bilirdinizmi ki, gündəlik istifadə etdiyimiz ərzaqlarla peyzaj çəkməyi bacaran insan var?

 Maraqlıdırsa, gəlin, onunla birlikdə tanış olaq.

Yeməli peyzajlar

İxtisasca illüstrator olan avstraliyalı Carl Warner 25 illik fəaliyyətinin son 10 ilini qida məmulatlarından peyzaj çəkməyə həsr edib. Əvvəlcə, eskizləri hazır edən Carl daha sonra ərzaqlarla illüstrasiyasını tamamlayır. 

Yeməli peyzajlar

Hazırladığı peyzajları internetdə yayımladıqdan sonra Carl dünyaca məşhur ərzaq şirkətlərinin partnyoruna çevrildi. Belə ki,  böyük şirkətlər istehsal etdikləri məhsulların məhz onun yaratdığı peyzajlarla reklam olunmasına can atırlar.   

Yeməli peyzajlar

Carl 2008-ci ildən bu yana dayanmadan müxtəlif yeməli peyzajlar yaratmaqla məşğuldur. Onu da qeyd edim ki, 1 peyzajın yaranmasına Carl 3-4 gün sərf edir. Bəzən ərzaqlar xarab olmasın deyə şəkilləri yarı-yarı çəkib, daha sonra peyzajı tamamlamalı olur.   

Yeməli peyzajlar

Aşağıda gördüyünüz Londonun məşhur görüntüləri Britaniya telekanalı olan "Good Food"-un istəyi ilə hazırlanıb.   

Yeməli peyzajlar
Yeməli peyzajlar

Bu peyzaj isə məşhur "La Brea Bakery" çörək zavodunun istəyi ilə hazırlanıb. 

Yeməli peyzajlar

Bu peyzajı ilə "Negroni" kolbasa brendinin reklamı üçün hazırlayıb.  

Yeməli peyzajlar

Bu peyzaj isə Finlandiyanın süd məhsulları brendi olan "Valio" üçün çəkilib. 

Yeməli peyzajlar

Misal üçün deyə bilərəm ki, Carlın peyzajlarında daşlar bişmiş kartof, dəniz dalğaları kələm yarpağı, dağlar çörək, ağaclar brokkoli vasitəsilə "çəkilir". 

Yeməli peyzajlar
2 avqust 2012
GO BACK