Bəli, uzun müddətdir pəhrizdəsiniz, artıq çəkidən xilas olmağa çalışırsınız, ancaq heç cür istədiyiniz nəticəni əldə edə bilmirsiniz. Heç düşünürsünüzmü ki, bunun səbəbi az yatmaq ola bilər? Mütəxəssislərin rəyinə görə, az yatmaq sağlamlığı pozur və kökəlməyə səbəb olur. Yuxusuzluğun iştahı azaldaraq həddindən artıq yemək yeməyə və toxumalarda yağ yığılmasına səbəb olduğunu qeyd edən professor Ərdoğan Kunter sağlam yuxunun çox vacib olduğunu bildirir. Həkim az yatmağın səbəb olduğu problemlərdən birinin də həddindən artıq kökəlmə olduğunu bildirir.
Az yatmağın insanın immun sisteminə, xəstəliklərə müqavimətinə, ağrıya və psixoloji stressə dözüm gücünə mənfi təsir etdiyini deyən həkim "Yuxusuzluq iştahı azaldaraq həddindən artıq yemək yeməyə və toxumalarda yağ yığılmasına səbəb olur" dedi. Kök insanlarda yuxusuzluğun inkişaf riskinin də çox olduğunu xatırladan həkim belə deyib: "Belə insanlar arıqladıqları zaman yuxusuzluqla bağlı şikayətləri azalır. Ancaq yuxusuzluq kökəlməyə gətirib çıxarır. Buna səbəb daha əvvəl bəhs etdiyimiz kimi az yatmaqla bağlı aclıq və doyma hissində meydana gələn dəyişikliklər və bədəndə yağ yığılmasındakı artımdır. Yuxusuzluq kökəlməyə səbəb olmaqdadır".
Sağlam yuxunun normal həyat üçün zərurət halına gəldiyini vurğulayan həkim qeyd edib: "Gündəlik fəaliyyətlərimizi normal şəkildə icra edə bilməyimiz və bütün orqanlarımızın sağlam işləməsi, hormonal fəaliyyətlərin nizamlı olaraq çalışması üçün normal müddət və keyfiyyətdə yuxuya ehtiyacımız vardır. Eyni şəkildə ideal bədən çəkimizi qorumaq üçün də kifayət qədər yatmağımız vacibdir".