Qadin.NET / Tozsoranlar sağlamlığa zərərlidir

Tozsoranlar sağlamlığa zərərlidir

Tozsoranlar sağlamlığa zərərlidir

Səs-küy - normal eşitmə səviyyəsindən yüksək hər cür səsə verilən addır. Hava fişəngləri, silah səsi kimi çox yüksək səslərlə yanaşı, evimizdə istifadə etdiyimiz zənglər, tozsoranlar və elektrik ev alətlərinin səsi də çox yüksəkdir. Bu səbəblər eşitmə problemlərinə yol aça bilər.

  Evdə istifadə etdiyimiz tozsoranlar, ümumiyyətlə, bir dəfədə ən az 20 dəqiqə işlədilən ev alətidir. Bu cür bir alətin davamlı səsi yorğunluğa, baş ağrısına, körpəniz varsa, onda narahatlığa və eşitmə problemlərinə yol aça bilər.

Bu alətlərin səbəb olduğu səs-küy, fiziki və zehni stress səviyyəsini də artırar. Xüsusilə uşaqlarda öyrənmə və oxumağı mənfi istiqamətdə təsir edə bilər. Bu səbəblə mütəxəssislər və Dünya Sağlamlıq Təşkilatı, evdə istifadə etmək üzrə seçilən elektrikli cihazların səs səviyyələrinə diqqət yetirmək lazım olduğunu vurğulayır.

Xanımlar tozsoranla təmizlik edərkən, başları ağrıyır və tərləyirlər. Bu tərləmənin yorulma nəticəsində  olduğunu zənn edirlər. Halbuki, bu tərləmənin səbəbi, süpürmə əsnasında ətrafa sıx bir şəkildə sovrulan toz, axıntının tənəffüs yoluyla bədənə girməsi,  bədənin müdafiə etmə mexanizminin histamin ifraz etməsi və bunun nəticəsində, ürəyin çox işləməsidir.
Bu vəziyyətdə toza qarşı allergiya və bronxit xəsytəliklərinin əlamətləri meydana gəlir. Bəhs edilən axıntılar; insan dərisi, kəpək və tük artıqlarıyla bəsləndiyindən, yataq otaqlarında və yatağımızda bunların sayı milyonlarladır.  Bu varlıqlar açıqda olan qidaların üzərinə mövcud olur.  Məsələn, nahar nimçəsində olan yağ, cem, zeytun, pendir kimi qidaların üzərini qısa bir müddət içində örtüb, uyğun mühiti tapdıqları təqdirdə sürətlə çoxalırlar.

Tozsoranlar sağlamlığa zərərlidir

Tozsoranlar təmizlədiyimizi zənn etdiyimiz səthlərdən süpürdüyümüz toz və bakteriyaların, ancaq böyüyünü zibil torbasında tutur, incə toz zərrəciklərini məsamələrindən təkrar hava ilə birlikdə çölə püskürür. Çünki xortumdan zibil torbasına gələn hava, bir şəkildə təkrar çölə çıxır.

Süpürmə əməliyyatı bitdikdən sonra, mebel və ştativ ilə şüşə səthlərin üzərində incə bir toz təbəqəsi meydana gəlir. Tozsoranın yaydığı bu axıntılar tənəffüs yolu ilə ağciyərlərimizə enərək toxumalara yapışır, surətli qan sorucu xüsusiyyətlərinə görə, kiçik qan damarlarını parçalayaraq qanı sorurlar. Bu isə zamanla tənəffüs çatışmazlığına, bronxitə daha sonra da, astmaya çevirməsinə səbəb olur. Bu vəziyyətdən ən çox zərər görən, evdəki qadın və uşaqlardır.
Tozsoran ilk dəfə 1912 -ci ilin əvvəlində  Hoover firması tərəfindən Avropada istehsal edilərək, dünya bazarına çıxarılmışdır. Tozsoran evimizi səliqəyə salmağa kömək etsə də bu alətlə bir az ehtiyatlı olmaq lazımdır. Tozsoran alarkən toz torbalı olanlarını deyil, su torbalı olanlarını seçin.

 

8 aprel 2016
GO BACK