Qadin.NET / Hədiyyə seçimi

Hədiyyə seçimi

Hədiyyə seçimi

Siz kiməsə hədiyyə verdikdə bu, ona göstərdiyiniz qayğının nişanəsi olur, ona görə də hədiyyəni düzgün seçmək lazımdır. Hamımızın hədiyyələri seçmək ilə əlaqədar bəzən problemimiz olur!  

Ən yaxşı hədiyyələri seçmək üçün bu bələdçini izləyin!  

Hədiyyə aldığınız şəxs haqqında fikirləşin. Onun maraqlarını, şəxsiyyətini, hobbilərini, nəyə dəyər verdiyini düşünün. Əsla düşünməyin ki, "mən bu hədiyyəni alsam, ona uyğun olar", onun üçün ideal hədiyyə seçməyə çalışın.            

Hədiyyə alacağınız insanın ailəsindən, dostlarından onun nəyi xoşladığını soruşun. 

Keyfiyyətli mağazalara girin, gözünüzə dəyən hər şeyə gözünü zilləyib baxın. Təsəvvür edin ki, siz hədiyyə aldığınız şəxssiniz. Təsəvvür edin, siz bundan nə qədər istifadə edərdiniz, alacağınız onun üçün nə dərəcədə yaxşı olacaq. Əgər baxdığınız əşya ideal kimi görünürsə, o zaman onu alın. 

Hədiyyə seçimi

Gördüyünüz hədiyyəni yadda saxlayın və başqa mağazaları da yoxlayın. Ola bilər ki, siz nəzərdə tutduğunuz hədiyyədən daha yaxşısını görəsiniz. Satışda nə olduğunu araşdırandan sonra seçdiyiniz hədiyyələrdən hansının dostunuz üçün daha yaxşı ola biləcəyini fikirləşin. Qiymətlərini də yoxlayın, uyğun olanını alın.

Hədiyyəni aldıqdan sonra daha yaxşı nəticə əldə etmək üçün hədiyyəni ya özünüz, ya da hədiyyə mağazasında bağlatdırın.

Hədiyyə seçimi

Yaxşı hədiyyə tapmırsınızsa, hədiyyə kartı alın və içinə  istədiyiniz məbləğdə pul qoyub hədiyyə edin.

Sadəcə ucuz olduğuna görə hədiyyə seçməyin. 

Hədiyyə alarkən onu fikirləşin, ancaq öz zövqünüzə görə seçməyin. Və ya əvvəlcədən özünüz üçün aldığınız hədiyyəni ona verməyin. Həmin şəxsin maraqlarını və ya şəxsiyyətini əks etdirən bir şeyi seçin.

Hədiyyə almaq istədikdə o insanla özünüzün münasibətlərinizi və hədiyyəni nə  səbəbə aldığınızı da nəzərə alın. 

Hədiyyə seçimi

Hədiyyə alacağınız şəxslə bir yerdə olarkən, məsələn, televizoru seyr edərkən ondan reklam edilənlərdən nələri bəyəndiyini soruşun və ya ikiniz mağazaya gedərkən nələrə baxdığını, söhbətiniz zamanı nələri bəyəndiyini söylədiyini yadda saxlayın. Çünki insanlar bəzən danışıq zamanı qeyri-iradi olaraq nə istədiklərini deyərlər. Buna görə də əgər həmin insanı diqqətlə dinləsəniz, sonradan hədiyyə seçimində  sizin də işiniz asanlaşar.

Bilavasitə soruşduqda, bəzi adamlar etiraz etmədən hansı hədiyyəni istədiyini deyir. Ancaq soruşmazdan əvvəl həmin şəxsin xasiyyətini düşünün, onun bunu necə qəbul edəcəyini fikirləşin. Və unutmayın: bəzi insanlar deyə bilər ki, siz onlar üçün nə hədiyyəni alsanız, onu da bəyənəcək və ya heç nə istəmir. Bu sözləri deyərkən onlar heç də həqiqəti söyləmirlər. 

Hədiyyə seçimi

Hədiyyə almağı planlaşdırarkən hədiyyə verəcəyiniz insanın  şəxsiyyətini və həyat tərzini  nəzərə alın.

Hədiyyə seçərkən unikal hədiyyə vebsaytlarını da yoxlayıb istədiyiniz hədiyyəni sifariş edə bilərsiniz.

Yaradıcı olun, şəxsi hədiyyə etməyi yoxlayın. Kiçik terrakota qabı, akril boya və vəhşi heyvan ovlayan gəmi alın. Və hədiyyə qəbul edənin adı ilə qabı rəngləyin. Əgər bağçılıqla maraqlanırsa, ona bir paket sevdiyi bitkinin toxumlarını və ya kiçik bağçılıq kitabı hədiyyə edə bilərsiniz. 

  

12 fevral 2013
GO BACK