Cüneyd Suavi
Cümə namazındaydıq.Sağ tərəfimdə yaşlı bir kişi,onun sağında da bir nəfərlik boş yer vardı.Yaşlı kişi fərzi qılmaq üçün ayağa qalxanda arxasına döndü və boş yerdən aralı dayanan 14-15 yaşındakı bir cavana:
-Cərgəni doldur,oğlum,yanıma gəl,-dedi.
Cavan oğlan üzündəki pərt ifadəylə kəkələyərək cavab verdi:
-Mümkündürsə burda qılmaq istəyirəm.Ora başqası keçə bilər.
Yaşlı adam oğlanın üstündə dayandığı uzun tüklü yaşıl xalçanı göstərib:
-O yer daha yumşaq olduğu üçün gəlmirsən?-deyə soruşdu,sonra isə qəzəblə əlavə etdi -Anasının gül balası...
Namazdan sonra yaşlı adamın cümə gününü təbrik etdim.Arxadakı oğlan da gəlib onun əlini öpdü.
Qoca dediklərinə çoxdan peşman olmuşdu.Cavan oğlanın nurlu yanaqlarını oxşayaraq belə dedi:
-Sənə “anasının gül balası” dediyim üçün bağışla,oğlum.Birdən ağzımdan çıxdı.
Oğlanın gözləri dolmuşdu.Başını aşağı əyib:
-Bu dedikləriniz düzdür,dedi.Üstündə namaz qılmaq üçün təkid etdiyim xalöa vəfat edəndə anamın tabutunun üstünə salınmışdı.Orada səcdəyə gedəndə sanki məni qucaqlayır,ona görə...