Qadin.NET / Bunları bilirsinizmi?

Bunları bilirsinizmi?

 

 

* İnsan əlində ən yavaş uzanan dırnaq baş barmağınkı, ən sürətli uzanan dırnaq isə orta barmağınkıdır.

* Yellənən kürsüdə heç dayanmadan yellənmə rekordu 440 saatdır.

* İnsan saçı üç kilo ağırlıq qaldıra biləcək elastiklikdədir.

* Beethoven musiqi bəstələməzdən əvvəl başını soyuq suya salardı.

* Uran adi gözlə görülə bilən, Venera saat istiqamətində dönən yeganə planetdir.

* Kapitan Cook Antarktidadan başqa bütün qitələrə ayaq basan ilk insandır.

* Charles Dickens yuxusuzluq xəstəliyinə tutulmuşdu. Yalnız üzünü şimala döndərsə, yata biləcəyinə inanırdı.

* Rusiyada Şərqdən Qərbə doğru səyahət edilsə, yeddi saat qurşağı keçilər.

Hindistanda bir ildə doğulanların sayı Avstraliyanın bütün əhalisindən çoxdur.

* Ən çox asfalt yolu olan ölkə Fransadır.

* Sehrli söz olan "abrakadabra" ilk dəfə yüksək qızdırmalı xəstələrin atəşini salmaq üçün deyilib.

* Merilin Monronun ayağında altı barmağı vardı.

* Albert Eynşteyn doqquz yaşına qədər düzgün danışa bilməmişdi.

* Eyfel qülləsində 1792 pillə var.

* Bir köpəkbalığı 100 milyon damla dəniz suyu içindəki bir damla qanı hiss edə bilər.

* Ağcaqanad əleyhinə olan spreylər ağcaqanadları qovmur. Sizi gizləyir, ağcaqanadlar sizin orada olduğunuzu anlamır.

* Ağcaqanadın qulağımıza işgəncə kimi gələn vızıltı səsi onun saniyədə 500 dəfə qanad çırpmasının nəticəsidir.

Heç bir kağız parçası 8 dəfədən çox ikiyə bölünə bilməz!

* Siçan dəvəyə nisbətən daha uzun müddət susuzluğa dözə bilər.

* İnsanın mədəsi 2 həftədən bir iç pərdəsini yeniləmək məcburiyyətindədir, əks halda, o, öz-özünü həzm edər.

* Əgər ağzımıza atdığımız bir şeyə tüpürcəyimiz dəyməsə, onun dadını anlaya bilmərik.

* Zürafə qulağını 53 santimetr uzunluğundakı dili ilə təmizləyir.

Hər insanın dilinin izi də barmaq izi kimi fərqlidir. 

Bunları bilirsinizmi?

* Kağız pul düşünüldüyü kimi kağızdan deyil, pambıqdan hazırlanır.

* Şokolad itlərin ürəyinə və sinir sisteminə zərər verir. Yarım kilo şokolad kiçik bir iti öldürə bilər.

* "Donald Duck" çizgi filmləri Finlandiyada qadağan edilmişdir. Səbəbi qəhrəmanların don geyməməsidir.

Ketçup 1830-cu illərdə dərman kimi satılardı.

Qadınlar kişilərdən daha yaxşı eşidir.

İnsanların öz dirsəklərini yalaması qeyri-mümkündür.

* Donuzlar bədən strukturlarına görə heç bir zaman başlarını yuxarı qaldırıb səmaya baxa bilməzlər.

* Siçanlar və atlar qusa bilməzlər.

* Qadınlar dekabr ayında digər aylara nisbətən daha çox hamilə qalır.

* Çox güclü asqırma zamanı qabırğa sümüklərindən biri qırıla bilər.

* Asqırmaya maneə törədildikdə başdakı və ya boyundakı damarlardan biri cırıla və bu vəziyyət ölümlə nəticələnə bilər.

* Ağıllı insanın saçında daha çox sink və mis var. Bu səbəbdən onların saçları daha parlaq olur.

* Ördəklər səs çıxararkən əks-səda verməz. Bunun səbəbi hələ açıqlanmayıb.

 

10 iyun 2013
GO BACK