Sürətlə yayılan internet asılılığıyla əlaqədar edilən araşdırmalar, internet asılılığının qadınlarda, kişilərdən daha çox olduğunu ortaya qoyur.
Bir çox gecə internetin cazibəsinə qapılıb yatmağı ümid etdiyiniz saatdan çox sonra yatağa girə bilənlərdənsinizsə, siz də artıq cəmiyyətin böyük bir qisimini meydana gətirən internet asılılarından biri ola bilərsiniz deməkdir. Araşdırmaya görə internet asılılarının nisbəti 61%-ə yüksəldi.
SodaHeadın Journal of Addiction Medicine, World Bank və ComScoredən aldığı məlumatların işığında etdiyi araşdırmaya görə internet asılılığı sürətlə yayılmağa davam edir. Maraqlı olan isə keçdiyimiz araşdırmalara görə artıq qadınlar, kişilərdən daha çox internet asılısıdır.
Qadınların 64%-i özünü internet asılısı olaraq xarakterizə edərkən bu nisbət kişilərdə 55%-də qaldı. Maraqlı bir şəkildə digər asılılıqları olanların internet asılılığından daha az olduğu da ortaya çıxdı. Nizamlı siqaret çəkənlərin internet asılılığı nisbəti 48%-kən bu nisbət siqaret çəkməyənlərdə 65% olaraq ölçüldü. Eyni şəkildə spirt içənlərin internet asılılığı nisbəti 57% olarkən spirt içməyənlərdə bu nisbət 64% olaraq təsbit edildi.
Təxmin edilə biləcəyi kimi internet asılılığı gənclərdə daha məşhurdur. 13-17 yaş arası gənclərdə nisbət 73% olarkən 18-24 aralığında 71%, 25-34 aralığında 59%, 35-44 aralığında isə 54% olaraq araşdırma nəticələrinə əks olundu.