Qadin.NET / Qeyri-adi tikililər

Qeyri-adi tikililər

Gündəlik adi formada görməyə öyrəşdiyimiz binalar bəzən insanın öz fantaziyalarını tikililərə tətbiq etməsi nəticəsində qeyri-adi, qəribə forma ala bilir. Bunlardan bəzilərini sizə təqdim edirəm:

Polşadakı bu əyri ev 2003-cü ilin yanvar-dekabr ayları ərzində tikilib.

Qeyri-adi tikililər

Bu səbət formasında olan bina ABŞ-da Longaberger səbət şirkəti tərəfindən ofis binası kimi tikilib. İnşası iki il davam edib. Tikintiyə 30 milyon dollar xərclənib.

Qeyri-adi tikililər

Bu başı aşağı bina Polşada Daniel Czapievski tərəfindən tikilib. Kommunist dövrü ilə müasir dövrümüzün müqayisəsini özündə əks etdirir.

Qeyri-adi tikililər

Bu tir ağac formalı evin çəkisi 42 tondur. Bu evi yonmaq üçün Schmock və onun köməkçisi 8 ay çalışıb. Evin sadəcə bir yataq otağı var.

Qeyri-adi tikililər

Şəlalə formalı ev Pensilvaniyada memar Frank Lloyd Wright tərəfindən 1935-ci ildə şəlalənin üzərində tikilib.

Qeyri-adi tikililər

Balıqqulağı formalı ev Meksikada dizayner Senosiain Arquitectos tərəfindən tikilib.

Qeyri-adi tikililər

Bu dəm  çaydanı şəkilli ev ABŞ-da 1922-ci ildə tikilib.

Qeyri-adi tikililər

Tualet-ev Cənubi Koreyada 2007-ci ilin noyabrın 21-də tikilib.

Qeyri-adi tikililər

"Fəza gəmisi" adlandırılan ev və çaydan ev də ABŞ-dadır.

Qeyri-adi tikililər

Polad evi ABŞ-ın Texas ştatında memar və heykəltəraş Robert Bruno 23 ilə 113 ton poladdan hazırlayıb.

Qeyri-adi tikililər

Göbələk ev ABŞ-da yerləşir.

Qeyri-adi tikililər

 Çəllək ev ABŞ-da yerləşir. Bu çoxüzlü ev isə Faroe adalarındadır.

Qeyri-adi tikililər

Sonuncu qeyri-adi evi isə rəssam Maykl Xan və onun həyat yoldaşı Leda Livant illərlə hissə-hissə topladıqları materiallardan özləri üçün tikiblər.

Qeyri-adi tikililər

5 iyun 2013
GO BACK