Qadin.NET / Toxluq üçün kətan toxumu

Toxluq üçün kətan toxumu

Toxluq üçün kətan toxumu

Kətan toxumu: Yüksək nisbətdə çoxlu doymamış yağ turşuları, aşağı nisbətdə doymuş yağ turşusu, yüksək nisbətdə liflə birlikdə bol miqdarda potasyum, maqnezium, dəmir, mis, sink və müxtəlif vitaminlər ehtiva edər. Xərçəngdən qabizliyə, öskürək və səs batıqlığından sədəf xəstəliyinə qədər çox geniş bir təsir sahəsi vardır.
Bunlardan başqa kətan toxumu yağı istifadə etdiyiniz yağların başında gəlməlidir.Məsələn,səhərlər,bir dilim çörək üzərinə mürəbbə yerinə kətan toxumu yağı sürtsəniz daha yaxşı olar.Bu Sizi günortaya qədər daha tox saxlayacaqdır.


Salatlarınızı və tərəvəzlərinizi yeyərkən üzərlərinə kətan toxumu yağı əlavə edin.

Axşam yeməyində daha çox yeməmək üçün yeməkdən 1 saat əvvəl qatıqla qarışdırılmış kətan toxumu yağı yesəniz,toxluq hiss edəcəksiniz.
17 fevral 2009
GO BACK