Qadin.NET / Qadın bezlərinin reklamına razısınızmı?

Qadın bezlərinin reklamına razısınızmı?

Qadın bezlərinin reklamına razısınızmı?

Bu günlərdə jurnalların birində bez reklamının televiziyada yayımının düzgün olmadığını haqda məqalə oxudum. Həmin jurnaldakı yazı  fikrimi bildirmək üçün mənə sanki cəsarət verdi. Bu reklam qadınların yaralı yeridir.

Utancverici bir reklamdır. Ailəliklə oturub bir verilişi izləyərkən, bez reklamı veriləndə biz qadınlar utanc hissi keçiririk halbuki, utanılacaq işi görən bu reklamı televiziyada yayımlayan reklam şirkətləridir. Uşaqlar analarından "O nədir" deyə soruşanda, ananın vəziyyətini təsəvvür etmək çox acınacaqlıdır.

Fikrim düzgün başa düşülsün, istəyirəm. İstəyim bu bezlərin istehsalının dayandırılması yox, onların  reklamının dayandırılmasıdır.  Ağsaqqalın, ağbirçəyin, kişilərin və uşaqların seyr etdiyi televiziyada bez reklamının verilməsini düzgün hesab etmirəm.

Mən çox istərdim ki, biz qadınların bu səsi qadın cəmiyyətlərində, qadın hüquqlarının müdafiəsi təşkilatında eşidilsin və məsələ qaldırılsın. 

Xanımlar, sizin də fikirlərinizi bilmək maraqlı olardı...

 

10 fevral 2012
GO BACK