Qadin.NET / "Papa"nın gül balası

"Papa"nın gül balası

 Ulduz valideynlərin körpələri hələ dünyaya göz açmamışdan pərəstişkarlarının və dəbli nəşrlərin diqqət mərkəzində olur.Dəbli jurnallar bir-biri ilə ciddi rəqabətə girilər.Gəlin onların ən məşhur rəqabəti olan körpələrə və onların ulduz valideynlərinə diqqət yetirək.

Noks Leon və Vivyen Marçeli 

Ən bahalı fotoşəkil əlbəttə ki, Anjelina Coli və Bred Pitin uşaqlarının fotosudur.Valideynlər körpələrinin şəklini 13 mln dollara satıblar.Bu foto uğrunda mübarizə hələ körpələr doğulmamışdan əvvəl başlamışdır."HELLO"jurnalı qalib gəlmişdir.Məhşur cütlük əldə edilən pulun hamısını xeyriyyə məqsədi ilə xərcləmişlər.

"Papa"nın gül balası

Şilo Nuvel

Bred Pitt və Anjelina Colinin həmçinin ilk doğma qızları olan Şilonun rəsmi olduqca baha qiymətə satılmışlar arasındadır.Şilo ulduz cütlüyün ilk doğma övladıdır.Ona qədər cütlük övladlığa götürdüyü uşaqlara baxırdı.Şilonun fotosu"PEOPLE"jurnalına 4 mln dollara satılıb.


"Papa"nın gül balası

Maks və Emma Entoni 

Cennifer Lopez və Mark Entoninin əkizlərinin fotoları isə 6 mln dollara satılıb.Cenifer çap hüququna görə qiyməti müəyyən etmiş və bir qəpik də aşağı enməmişdir.Belə ki,doğum evində olarkən o külli miqdarda vəsait sərf etmişdir.O,ümumilikdə xəstəxananın mühafizə xidmətini gücləndirmişdir.Səbəb, uşaqların oğurlanmasından qorxurdu.

 

"Papa"nın gül balası

Maks Liron Bratman

Kristina Agileranın yeni doğulmuş körpəsinin fotoşəkilləri "PEOPLE" jurnalına 1,5 mln dollara başa gəlib.Əvvəlcə şəkilləri "OK!" dərc etmək istəsə də, məbləğin olduqca çox olduğunu hesab edərək fikrindən daşınmışdır.




11 fevral 2012
GO BACK