Qəhvə bütün dünya xalqları tərəfindən çox qədimdən qida kimi istifadə olunan təbii nemətdir. Qəhvənin üstünlüyü ondadır ki, o, lazımi miqdarda (0,2 q) qəbul edildikdə, orqanizmin qüvvəti və fəaliyyəti xeyli artır, eyni zamanda fiziki və zehni yoruğunluq götürülür, insanda bir növ yüngüllük, xoş əhval- ruhiyyə və əmək gümrahlığı yaranır. Çoxlarımızın tanıdığı və istifadə etdiyi qəhvə - poroşok halına salınmış qəhvə ağacının toxumlarıdır. Bu ağacın isə əsl vətəni Efiopiya və Ərəb ölkələridir. Hazırda dünya ticarətini qəhvə ilə təmin edən əsas ölkə Cənubi Amerika – Braziliyadır. Bunu da qeyd etmək maraqlıdır ki, qəhvə bitkisini hər ölkədə yetişdirmək mümkün deyildir.
Qəhvə ağacı son dərəcədə məhsuldar bitkidir. O, ildə 3 dəfə meyvə verir. Meyvələri xarici görünüşünə görə gilasa bənzəyir, hər bir meyvəsində qalın qabıqla örtülmüş 2 toxum yerləşir. Meyvələrini toxumdan xüsusi aparat vasitəsi ilə ayırırlar. Toxumlar günəş altında xüsusi qurğuyla qurudulur. Belə qurudulmuş toxumları istifadə etməzdən əvvəl 200 dərəcə tempraturda qovururlar. Bunun nəticəsində toxumlar xoşagələn ətirli iy və dad kəsb edir.
Qəhvə toxumlarının tərkibindəki ən vacib və müalicə əhəmiyyətli maddə kofein alkaloididir. Ümumiyyətlə qəhvə toxumlarında 2%-ə qədər kofein, 20%-ə qədər aşı maddə, 40%-ə qədər piyli yağ, 0,2% efir yağı, şəkər, üzvi turşular və digər vacib maddələr vardır. Buna görə də qəhvə toxumları son dərəcə faydalı, orqanizmin möhkəmlənməsinə , sinir sisteminin tonusunun artmasına , zehni və fiziki qabiliyyətin yüksəlməsinə , əhval- ruhiyyənin yaxşılaşmasına kömək edir.
Yadda saxlamaq lazımdır ki, qəhvəni hazırlayanda onu uzun müddət od üzərində saxlamaq olmaz , çünki, belə şəraitdə qəhvənin tərkibində olan müalicə əhmiyyətli maddələr parçalanaraq öz təsirini itirir.Hər şeyin artığı ziyan olduğu kimi qəhvədən də lazımi qədər istifadə etmək daha məqsədəuyğun olar.
Hamıya sağlıqlı yaşam arzusuyla…