Qar dənəciklərini adi gözlə müşahidə edən şəxs çox fərqli formalara malik olduqlarını görəcəkdir. 1m3 qarda 350 milyon qar dənəciyi olduğu təxmin edilir. Bunların hamısı altıbucaqlı və kristallik quruluşdadır, ancaq hər biri fərqli formadadır. Bu formalar necə ortaya çıxıb, necə oldu ki, hər birinin fərqli formalarının olduğu, simmetriyanın necə təmin edildiyi kimi sualların cavabları elm adamları tərəfindən illərdir araşdırılır. Əldə edilən hər məlumat isə qar dənəciklərindəki ehtişamlı sənəti ortaya çıxarır.
Qar dənələrinin altıbucaqlı quruluşlarındakı fərqlilik və qüsursuzluq Allahın Bədi (örnəksiz yaradan) sifətinin bir təzahürüdür. Allah yaratdığı hər şeyi ən gözəl şəkildə edəndir. Qar dənələrinin quruluşları tədqiq edildiklə Allahın sonsuz sənətinin fərqli bir tərəfi aşkar olur.
İncə və kiçik təbəqələr, çox şaxəli ulduzlar və ya kiçik iynə başlarına bənzər şəkillərdəki qar dənəciklərinin quruluşu olduqca heyrətamizdir.
Qar kristallarının qüsursuz nizamlı quruluşları çox uzun illərdir ki, insanların diqqətini çəkir. Kristallara son formasını verən amillərin nələr olduğu barədən 1945-ci ildən bəri araşdırmalar davam edir. Bir qar dənəciyi iki yüzdən çox buz kristalından ibarət kristallar birləşməsidir. Qar kristalları əslində mükəmməl dizaynla formalaşdırılmış su molekullarından əmələ gəlir. Memari şah əsər kimi qiymətləndirilən qar kristalları su buxarının buludlardan keçərkən soyuması ilə formalaşır. Bu proses belə baş verir:
Su buxarının içində nizamsız formada hər yana dağılmış su molekulları buludlardan keçərkən temperaturun düşməsi nəticəsində hərəkətliliklərini itirirlər. Daha az hərəkət edən su molekulları bir müddət sonra qruplaşmağa başlayır və nəticədə möhkəm forma alırlar. Ancaq qruplaşmalarında əsla bir nizamsızlıq yoxdur, əksinə, hər zaman bir-birinə bənzəyən mikroskopik altıbucaqlılar kimi birləşirlər. Hər qar dənəciyi əvvəl tək altıbucaqlı su molekulundan ibarət olur, daha sonra digər altəbucaqlı su molekulları da gəlib bu ilk hissəyə birləşirlər.
Bu sahəni araşdıran ekspertlərin fikrincə, bir kristalın şəklini müəyyən edən əsas xüsusiyyət bu altıbucaqlı su molekullarının eynilə bir zəncirin halqaları kimi bir-birinə keçməsidir. Bundan başqa temperatura və rütubət nisbətinə görə əslində eyni olması lazım olan kristal hissəciklər çox fərqli formalar alırlar.
Niyə bütün qar dənəciklərinə altıbucaqlı simmetriya var və niyə hər biri digərlərindən fərqlidir? Kənarları niyə düz deyil, sivri formadadır? Bu kimi sualların cavabını alimlər hələ də tapmağa çalışırlar. Ancaq ortada açıq-aydın həqiqət vardır: Allah yaratmada heç bir ortağı olmayan, sonsuz güc sahibi olan və hər şeyi örnəksiz şəkildə yaradandır.