Qadin.NET / "Google Tv"

"Google Tv"

"Google Tv"


San-Fransisko şəhərində keçirilən Google I/O tərtibatçılar konfransında “Google TV” layihəsi təqdim olunub. “Google TV” adi televizordan internetə çıxış və digər yeni imkanlar təqdim edən açıq platformadır.
Xarici KİV-lərin məlumatına görə, “Google TV” Android proqram və İntel Atom CE100 aparat platformaları əsasında yığılıb.
“Google TV” bazasında qurğunu televizora qoşmaqla istifadəçi internet üzərində yayımlanan axın kontentinə baxmaq, veb-saytlar açmaq və veb-əlavələrdən istifadə etmək imkanı qazanır. Bunun üçün “Google TV”-də Google Chrome veb-brauzeri quraşdırılıb. Bu zaman istifadəçi adi telekanallar və ödənişli teleyayıma da baxa biləcək.

Tərtibatçıların sözlərinə görə, “Google TV” vasitəsilə böyük kontent kitabxanaları və kanallar siyahısı ilə rahat işləmək mümkün olacaq. Burada söhbət internet, standart teleyayım, ödənişli televiziya və qurğunun rəqəmsal yaddaşından gedir


Hemcinin Videolari Youtube dan( ve ya diger internet sehifesinden) yazib ve tv nin yaddasinda saxlayib istediyiniz zaman baxa bilmek, her hansi sehifeni ekranin 1kenarinda qoyub basqa axtarislari yerine yetrimek kimi funksiyalara malikdir.
Bu maraqli melumati sizinle bolusmek istedim guman eliyirem size de maraqli olar, cunki internetden istifade eden her 1 sexs ucun cox rahat vasite olacaq. Hem tv hem de internet cox ela olar. Daha cox melumat toplaya bilmek imkani yaradir.

Eləcə də baxa bilərsiniz:

5 ən qorxulu reklam çarxı...

Ümidləri doğrultmayan 10 texnoloji yenilik

Dünyanın virtual muzey və qalareyaları
17 iyun 2010
GO BACK