Qadin.NET / Möcüzə enerji-4

Möcüzə enerji-4

K


Kəkələmək


Ola biləcək səbəb: Etibarsızlıq. Özünü ifadə etmək məhrumluğu. Ağlamaya icazə verilməməsi. 
Yeni düşüncə modeli: Düşündüklərimi ifadə etməkdə azadam. Özümü güvən və sevgiylə ifadə edirəm. 


Kistalar


Ola biləcək səbəb: Çox hüznlü köhnə bir filmi təkrar-təkrar seyr etmək. Ağrıları bəsləmək.
Yeni düşüncə modeli: Zehinimin kinoları gözəl filmlər göstərir. Çünki mən seçirəm. Özümü sevirəm. 

Kistik fibroz


Ola biləcək səbəb: Həyatın sizə xoşbəxtlik gətirməyəcəyinə dair dərin inanc. "Yazıq mən." kimi düşüncələr.
Yeni düşüncə modeli: Həyat məni, mən həyatı sevirəm. Həyatı dolu-dolu və azad yaşamağı seçirəm.


Koma


Ola biləcək səbəb: Qorxu. Bir şeydən və ya birindən qaçmaq. 
Yeni düşüncə çodeli: Səni sevgi və etibarla qucaqlayırıq. Yaxşılaşmağın üçün mühit yaradırıq. Sən sevgisən. 

Konyunktivit (Göz ağı iltihabı)


Ola biləcək səbəb: Həyatda görülən şeylərə hirs və xəyal qırıqlığı hiss etmək.
Yeni düşüncə modeli: Sevginin gözləriylə görürəm. Uyğun bir həll yolu var və bu yolu qəbul edirəm. 

Koroner trombos (Ürək damarları tıxanıqlığı)


Ola biləcək səbəb: Təklik hiss etmək və qorxmaq.Yetərli olmamaq. Kifayət qədər məşğul olmamaq."Əsla edə bilmərəm." kimi düşüncələr.
Yeni düşüncə modeli: Bütün həyatla birəm. Kainat məni tamamilə dəstəkləyir. Hər şey əladır.


Karlıq


Ola biləcək səbəb:Rədd etmək. İnadçılıq. Təcrid. "Nəyi eşitmək istəmirsən?","Məni narahat etmə."kimi düşüncələr.
Yeni düşüncə modeli: Uca səsi dinləyirəm. Eşitdiyim hər şey mənə zövq verir. Hər şeylə birəm. 



Q


Qadın problemləri 



Ola biləcək səbəb: Özünü, qadınlığını, qadınlıq prinsipini rədd etmək. 
Yeni düşüncə modeli: Qadın olduğum üçün xoşbəxtəm. Bədənimi sevirəm. 



Qəlb


Ola biləcək səbəb:Sevgi və güvən mərkəzi. 
Yeni düşüncə modeli: Ürəyim sevgi ritmiylə döyünür.


 -Problemləri


Ola biləcək səbəb: Uzun müddətli romantik problemlər. Həzz məhrumluğu. Stress və çətinliklər. 
Yeni düşüncə modeli: Coşğu, həzz, xoşbəxtlik. Bunların düşüncələrimi, təcrübələrimi, bədənimi doldurmasına icazə verirəm.

- infaktı

Ola biləcək səbəb: Həzz duyğusunu pul, mövqe və özünü başqaları üçün üçün fəda etmək. 
Yeni düşüncə modeli: Əvvəl sevgi gəlir. Həyatdan həzz almağı seçirəm.

Qan


Ola biləcək səbəb:Bədəndə həzzi təmsil edir. 
Yeni düşüncə modeli: Həyatın mükəmməl ritmi içində həzz alıram və həzz verirəm. 

Qan problemləri


Ola biləcək səbəb: Sevinc məhrumluğu.
Yeni düşüncə modeli: Sevincverici yeni düşüncələr içində rahat yaşayıram.

Qanama


Ola biləcək səbəb: Həzz almaq duyğusunu itirmək. Hirslilik.
Yeni düşüncə modeli: Həyatın mükəmməl ritmi içində həzz alıram və həzz verirəm. 

Qan təzyiqi


- Yüksək olduqda


Ola biləcək səbəb: Uzun zamandır həll edilə bilməyən romantik problemlər vardır.
 Yeni düşüncə modeli: Keçmişi rahatlıqla unuduram.


-Aşağı olduqda


Ola biləcək səbəb: Uşaqda sevgi məhrumluğu. Uduzma.” Niyə məşğul olum ki? Necəsə bir şey dəyişməyəcək” kimi düşüncələr.
 Yeni düşüncə modeli: Həmişə sevinc dolu olan bu anda yaşamağı seçirəm. Həyatım bir sevinc qaynağıdır. 


Qəbizlik


Ola biləcək səbəb: Köhnə düşüncələrdən imtina etməyi rədd etmək. Keçmişə batmaq. Bəzən xəsislik.
Yeni düşüncə modeli: Keçmişi buraxdığımda yenilik, təzəlik, canlılıq gəlir. Həyatın içimdən axmasına icazə verirəm. 

Qandidia (Bir növ göbələk xəstəliyi)


Ola biləcək səbəb: Həddindən artıq hirs və xəyal qırıqlığı. Özünü parçalanmış hiss etmək. Əlaqələrə güvənməyən bir şəxsiyyət. 
Yeni düşüncə modeli: Özümə ola biləcəyim hər şeyi olmağa icazə verirəm. Həyatda ən yaxşı şeylərə layiqəm. Özümə də,başqalarına dəyər verirəm, təqdir edirəm və sevirəm. 

Qanqren


Ola biləcək səbəb: Zəhərli,pis düşüncələrin sevinci,xoşbəxtliyi boğması. 
Yeni düşüncə modeli: İndi uyğun düşüncələri seçirəm. 

Qaraciyər problemləri


Hirs və qəzəbin mərkəzidir. 
Ola biləcək səbəb: Davamlı şikayət etmək. Özünü aldatmaq. Haqlı çıxmaq üçün davamlı başqalarında səhv tapmaq. Pis hiss etmək. 
Yeni düşüncə modeli: Ürəyiaçıq olaraq yaşamağı seçirəm. Baxdığım hər yerdə sevgini görürəm. 


Qarın ağrıları


Ola biləcək səbəb: Qorxu, başlamış bir hadisəni, müddəti dayandırmaq. 
Yeni düşüncə modeli: Həyatın axışına güvənirəm. Güvəndəyəm.
-Uşaqlarda qarın ağrısı
Ola biləcək səbəb: Səbrsizlik. Ətrafdan duyulan narahatlıq. 
Yeni düşüncə modeli: Bu uşaq yalnız sevgiyə və sevgi dolu düşüncələrə cavab verir. Hər şeylə barışıq doludur. 


Qaşınma


Ola biləcək səbəb: Doyumsuzluq,peşmanlıq. 
Yeni düşüncə modeli: Olduğum nöqtədə dincəm. Arzu və ehtiyaclarımın qarşılanacağını bilərək, yaxşılığımı qəbul edirəm. 


Qastrit


Ola biləcək səbəb:Davamlı olaraq qərarsız olmaq. 
Yeni düşüncə modeli: Özümü sevirəm və təsdiqləyirəm.
Qızartı

Ola biləcək səbəb: Gecikmələrdən duyulan narahatlıq. 
Yeni düşüncə modeli: Özümü sevirəm və təsdiqləyirəm. Həyatda hər şey lazım olduğu zaman meydana gəlir. 


Quduzluq


Ola biləcək səbəb: Hirslilik. Həll yolunun şiddət olduğu inancı.
 Yeni düşüncə modeli: İçimdə və ətrafımda barış hökm sürür. 

Qulaqlar


Ola biləcək səbəb:Eşitmə duyğusunu təmsil edir.
Yeni düşüncə modeli: Sevgiylə dinləyirəm. 

Qulaq ağrısı


Ola biləcək səbəb: Hirslilik. Eşitmək istəməmək.Döyüşən ana-ata. 
Yeni düşüncə modeli: Ətrafımda uyğunlaşma var. Yaxşı və xoş şeylər eşidirəm. Sevginin mərkəziyəm. 

Qulaq cingildəməsi


Ola biləcək səbəb: Dinləməyi rədd etmək. İçimizdəki kiçik səsə qulaq asmamaq. İnadçılıq. 
Yeni düşüncə modeli: Özümə güvənirəm. İçimdəki səsə sevgiylə qulaq asıram. İçində sevgi olmayan hər şeyi buraxıram. 

 
Qrip


Ola biləcək səbəb: Kütləvi pessimizm və inanclara uyğunlaşma. Qorxu. Statistikalara inanmaq. 
Yeni düşüncə modeli: Cəmiyyət inanclarının kənarındayam. İctimai təsirlərdən azadam.

                                                           Ardı var...
7 yanvar 2012
GO BACK