Dünya ölkələrinin əksəriyyətində cadugərlərin, görücülərin, falçıların, bəxtə baxan, bəxt yazan mollaların sayı görünməmiş dərəcədə çoxdur.
Magiya (yunanca mageia) insanın təbiət proseslərinə müdaxilə etməyin mümkünlüyü inancından irəli gələn sehrbazlıq, cadugərlıq, ovsunçuluq əməllərinə və bunlarla bağlı ayinlərə deyilir.
Magiya ilə məşğul olanlar onu ağ və qaraya bölürlər. Ağ magiya tərəfdarları onun İlahi qüvvələr tərəfindən dəstəklənməsi və xeyrə yönəlməsini iddia edirlər. Qara magiya isə şeytanlar tərəfindən dəstəklənir və onunla məşğul olan adamlar şər işlər törədirlər. Monoteist dinlərində həm ağ, həm də qara magiya ilə məşğul olmaq qadağandır və bu işlə məşğul olanlar böyük günahkar hesab olunurlar.
Taleyin ümidinə buraxılmış, hər tərəfdən əngəllərlə üzləşən, min bir dərdin içində qovrulan müxtəlif insanlar cadugər texnologiyaları üçün əsl mənbədirlər.
Əlacsız qalan insanları min bir üsulla aldadan "qara qüvvələr" çox zaman bu işləri komanda halında birləşərək görürlər ki,bunlar haqqında artıq çoxlarınızın xəbəri var.
Cadugərlik,magiya demək olar ki, bütün dünyada fərqli adlar və şəkillərdə tətbiq olunmaqdadır.Azərbaycan ərazisində cadugərlik necə və hansı dərəcədə tətbiq olunur,onlara qarşı mübarizə aparırsınızmı və umumiyyətlə bu kimi şeylərə inanırsınızmı? Bu sualların cavabı Sizlərin yazacağınız şərhlərinizdən məlum olacaqdır...