Qadin.NET / Fen şuy-inanclar

Fen şuy-inanclar

 

Su həyat mənbəyidir. Fen-şuy üzrə mütəxəsislər bildirirlər ki, özünüzü daima su ilə bağlı simvollarla əhatə edin. Bu simvollar insana daima müsbət enerji bəxş edir. Axan suya baxmaq insana həyat eşqi bəxş edir. Ta qədimdən deyilib ki, axan suya baxarkən insanın əsəbləri sakitləşir. Sakit su insanı daha da özünə qapanlı edir. Ona görə çalışın hovuzda olan suya baxmayın.

 

 

Onlar məsləhət görürlər ki, evinizdə kiçik də olsa fəvvarə varsa, daima axan suyun təmiz olmasına diqqət yetirin.  Çində demək olar ki, hər evdə, ofisdə akvarium var. Akvariumdakı balıqlar uğur simvolu hesab edilir. İmkanlı şəxslər akvariumlarında Arrovan balığı saxlayırlar. Hesab olunur ki, bu həddindən artıq bahalı balıqlar sahibinin maliyyə vəziyyətini daha da yaxşılaşdırırlar. Bu balıqlar gün ərzində qırmızı, qızılı və gümüşü rəngdə olurlar. Elecə də, akvariumda bir dənə qara balıq olmalıdır. Qara balıq evi mənfi enerjilərdən qoruyur. Qara balığın ölməsini hansısa bir bədbəxt hadisəni qabaqlamış olmasına inanırlar. Akvarium seçərkən də çox diqqətli olurlar. Üçbucaq formasında olan akvariumlar məsləhət görmürlər. Akvariumda olan suyun miqdarına daima nəzarət edirlər. Akvariuma gücü çatmayanlar dəniz mənzərəli şəkillərlə evi bəzəyirlər.

 

Bu kimi uğur mənbəyi hesab olunan simvollara inanırsınızmı?

 
6 dekabr 2011
GO BACK