Qadin.NET / "Yasin" surəsini oxumağın gizli təsirləri

"Yasin" surəsini oxumağın gizli təsirləri


Seyr və suluk yolunun sürətlənməsində "Yasin" surəsinin çox böyük rolu vardır.
O kəslər ki, din yoluna qədəm basarlar, iki hissəyə bölünərlər:
1. O möminlərdir ki, behiştə çatmaq və cəhənnəmdən qaçmaq - onların əsil hədəfləridir.
2. O möminlərdir ki, bütün səyləri İlahi qürb məqamına çatmaq üçündür.


Bu yolda onların üç əsil hədəfləri olar:
1. İlahi qürb məqamı.
2. Rizvanullah.
3. Liqaullah.
Onlar səy göstərərlər ki, həyatlarının hər bir anında özlərini pak saxlasınlar və maddi dünyanın çirkinliklərindən uzaq olsunlar.
Onlar özlərini İlahi sifətlərə boyayarlar. Bu səbəbdən "Yasin" surəsi onların İlahi qürb məqamına olan hərəkətini sürətləndirə bilən vasitələrdən hesab olunur. Ancaq bu, o demək deyildir ki, insan ancaq "Yasin" surəsi oxuyaraq İlahi qürb məqamına çata bilər. Sadəcə, başqa ibadətlərlə yanaşı, bu surəyə də diqqət göstərmək xüsusi əhəmiyyətə malikdir. (Beytutə)
Çünki:
1. Bu surə saliki fəal edər. İnsan elə bir məxluqdur ki, Allah onun fitrətinə çox sayda istedadlar qoymuşdur. Əgər bu istedadları feiliyyət halına sala bilərsə, o zaman daha çox irəli gedə bilər.
Quranın surələrinin də özünəməxsus sirləri vardır və onların təsir qüvvəsi çox böyükdür. Zahirdə biz onu hiss etməsək də, batində o, öz işini görər. Oxuduğumuz bu surə təsirlərini ruhumuzda göstərər. Bu səbəbdəndir ki, "Yasin" surəsini Quranın qəlbi adlandırırlar.
2. İbadət əməllərinin savabının artmasına səbəb olar. İslam dini hər bir ibadət üçün müəyyən savab və əcrlər təyin etmişdir. Bəzən bir ibadətin savabını başqalarının vasitəsilə artırmaq olar. Misal üçün, namazqılan insan Quran oxuyaraq, savabını daha da artıra bilər.
Məscid elə bir yerdir ki, ancaq onun daxilində qılınan konkret namazların savabını artıra bilər, ancaq ondan xaricdə edilən digər əməllərə məscidin təsiri olmaz. Ancaq hədislərimiz buyurur ki, "Yasin" surəsini oxumaq bütün ibadətlərə təsir qoyar və onların savabını artırar.
3. İbadi yüksəlməni sürətləndirər. "Yasin" surəsi elə bir maşına bənzəyir ki, insanın bir saatda gedə biləcəyi yolu on dəqiqəyə qədər qısaldar və insanı məqsədinə tez çatdırar.

Milli.Az

3 iyun 2020
GO BACK