Qadin.NET / Viagra xərçəngə qarşı təsirli ola bilər

Viagra xərçəngə qarşı təsirli ola bilər

Viagranın faktor maddəsi olan sildenafil sitratın, dəri xərçəngi olan siçanlarda həyat müddətini uzatdığı bildirilib.

 

Melanom bənzəri xərçəngli siçanlar üzərində edilən təcrübələrdə, sildenafilin şişə hücum etmədiyi, ancaq immunitet sistemini şişlə mübarizədə  gücləndirdiyi görülüb.

 

Araşdırmada iştirak edən Alman Mannheim tibb fakültəsi elm adamlarından Viktor Umansky, sildenafilin şişin özünü müdafiə etmək sistemini zəiflədərək, bədənin immunitet sisteminin mübarizəsini asanlaşdırdığını deyib.

 

Bir çox şişin xroniki infeksiyalara səbəb olaraq, immunitet sisteminin, şişə hücum etməsinə maneə törətdiyini ifadə edən Umansky, bu müddətdə şişin ən böyük köməkçilərinin mds-hüceyrələri olduğunu ifadə edib.

 

İmmunitet sisteminin xərçənglə mübarizə edən  ən əhəmiyyətli ünsürü olan T-hüceyrələrinin mds-hüceyrələriylə təmas etdiyində fəaliyyətlərini dayandırdığını bildirən Umansky, sildenafilin isə bunu önlədiyini söyləyib.

 

Sildenafil verilən xərçəngli siçanlardakı şişlərin qismən kiçildiyini söyləyən Umansky, yeddi həftə sonra həyatda qalan siçanların sayının, sildenafil verilməyənlərdən iki qat çox olduğunu ifadə edib.

 

Sildenafilin insanlarda da eyni təsiri göstərib göstərməyəcəyinin hələlik bilinmədiyini də ifadə edən Umansky, ancaq bu faktor maddə dərman olaraq istifadə edildiyi üçün insanlar üzərində klinik təcrübələrin qısa müddətdə başlaya biləcəyini deyib.

2 yanvar 2012
GO BACK