Qadin.NET / Mimikaki

Mimikaki

Mimikaki

Əsl adını deməyən Amanenin işlədiyi “Yamamoto Qulaq Təmizləmə Salonu”na hər gün təxminən 150 müştəri gəlir. 16 otağı olan salonda müştərilər yarım saatlıq bir seans üçün 35 dollar ödəyir. Amanenin dediyinə görə, “Mimikaki müştəriləri çox rahatlayır, bəziləri yuxuya gedir, hətta xoruldamağa belə başlayır”. Müştərilər başını gözəllik mütəxəssinin qucağına qoyur. Təmizliyə riayət etmək üçün mimikaki mütəxəssisi qucağına dəsmal salır. Bununla da yaponlar uşaqlıqda nənə-babalarının istifadə etdikləri metodları yenidən yaşadırlar. Tokioda bir mimikaki salonunda işləyən 24 yaşlı Amane “müştərilərinin çoxunun iş adamı olduğunu və əsəblərini sakitləşdirmək üçün gəldiklərini” deyir.

Mimikaki
 Mimikakinin tətbiqi zamanı qulağa infeksiyanın keçməməsi üçün qulaqdakı sulfidin tam təmizlənməməsi lazımdır. Təmizlik zamanı istifadə olunan cihazların təmizlənməsi üçün bambuk və ya metal çubuqlardan istifadə olunur. Gözəllik mütəxəssisləri müştərilərini milli yapon geyimi olan kimanoda, milli yer örtükləri - tatami salınmış otaqlarda qarşılayırlar. Salon açmaq üçün xüsusi təhsilə ehtiyac olmadığı üçün son illərdə mimikaki salonları sürətlə artır. Mimikaki salonlarına gedən hər 4 yapondan 3–ü mimikakinin rahatlatdığını, hətta qulaqlarının təmizləndiyi vaxt yuxuya getdiklərini deyir.  Həyat yoldaşlarının qulaqlarını təmizləməsi üçün onlara tez-tez təzyiq etdiklərini deyən yapon qadınlar da mimikaki salonlarının sürətlə çoxalmasından məmnundurlar. Mimikaki salonlarında işləmək üçün yapon qadınlar xüsusi özəl kurslar keçirlər.

 



19 noyabr 2011
GO BACK