Qadin.NET / Bu adam benzin içərək yaşayır

Bu adam benzin içərək yaşayır



Çində bir adamın ağrılarına yaxşı gəldiyi səbəbiylə 42 ildir benzin içdiyi bildirildi.

Milli mətbuatda yer alan xəbərlərə görə, Çinin cənub-qərbindəki Çongçing şəhərinin Nançuan bölgəsində yaşayan 71 yaşındakı Çın Dıcün adlı adamın ayda orta hesabla 3-3,5 kilo benzin içdiyi qeyd edildi.

Bölgədə daş ustalığı və bambuk toxuculuğu ilə tanınan Çın, eyni zamanda bitməyən benzin içmə sevdasıyla da xatırlanır.

Çının, 1969-ci ildə sinəsində bir ağrı yaranmasından sonra dərman istifadə etməsinə baxmayaraq faydasını görmədiyi və bunun üzərinə xalq arasında böyük türkəçarə dərmanı olaraq xatırlanan qaz yağı içməyə başladığı ifadə edildi.

Xəbərdə Çının həyatı boyunca nə qədər benzin içdiyini bilmədiyi ifadə edilərkən, qəzetin etdiyi hesaba görə hesabla Çının 42 il boyunca 1,5 tondan çox benzin içdiyini təxmin edildiyini yazdı.

Çının illər əvvəl içdiyi qaz yağının ilk qurtumunda özünə yaxşı gəldiyinə inandığı və qaz yağına asılı hala gəlib sonra da benzin içməyə davam etdiyi qeyd edildi.

Ailəsinin bu vərdişi buraxmasına qarşı çıxan Çın, həyat yoldaşı və uşaqlarının yanından ayrılaraq tək başına bir daxmada yaşamağa başladı.

Şəhərdəki Honglou xəstəxanasından bir həkim, Çının sağlamlıq vəziyyətinin yaxşı olduğunu, ancaq amfizem əlamətləri göstərdiyini qeyd etdi.

Çongçing Tibb Universiteti vəzifəlilərindən Fıng Fu da Çının bədəninin benzinə qarşı bir növ müqavimət inkişaf etdirmiş ola biləcəyini ifadə edərək, bu vəziyyəti "əks halda Çının  yaşama ehtimalı yox idi" şəklində qiymətləndirdi.

Fıng, benzinin ağrıların müalicəylə əlaqəsi olmadığını, Çın üzərində yalnız keyləşdirici bir təsir edə biləcəyini ifadə etdi.
12 dekabr 2011
GO BACK