Dünya ulduzlarını birləşdirən bir məqam var - o da onların bahalı əşyalara sahib olması. Məşhurlar ən çox isə bahalı saatlara üstünlük verirlər.
İngilis mediası ulduzların ən bahalı saatlarını araşdırıb. Ev, villa, yaxta qiymətindəki saatlar hər kəsin təəccübünə səbəb olub.
Dünyanın ən bahalı saatına boksçu Floyd Meyvezer sahibdir. O, qolunda 18 milyon dollar gəzdirir. Dünyanın ən bahalı saatlarını istehsal edən "Jacob & Co" brendinin "The Billionare" kolleksiyası 260 əyyarlı brilliantdandır. Floydun kolleksiyasında "Richard Mille RM 59-01" markasının 616 000 dollarlıq saatı da var. Eyni zamanda 275 min dollarlıq "Richard Mille RM 011 Lotus", 1 milyon 370 min dollarlıq "Audemars Piguet Royal Oak Offshore", 1 milyon dollarlıq "Jacob & Co Royal Baguette Diamonds" saatları da boksçunun kolleksiyasında yer alır.
Bahalı aksesuarına görə ikinci yerdə müğənnilər Dreyk və Ed Şiran dayanır. Bu iki məşhur saatını tez-tez dəyişir. Onların ən çox hansı brendə üstünlük verdiyini müəyyənləşdirmək asan deyil.
Edin "Patek Philippe Minute Repeater Perpetual Calendar Chronograph" brendindən olan saatə 1 milyon dollardır. Dreykin eyni zamanda 250 min dollarlıq "Rolex Cosmograph Daytona "Rainbow", 2 milyon dollarlıq "Patek Philippe", 635 min dollarlıq "Richard Mille RM 26-02 Evil Eye Tourbillon", 160 min dollarlıq "Audemars Piguet Royal Oak Extra-Thin", 750 min dollarlıq "Richard Mille RM 27-03 Tourbillon", 825 min dollarlıq "Richard Mille RM 38-01 Tourbillon Bubba Watson", 1 milyon 50 minlik "Patek Philippe Triple Complication Reference 5208P" saatları var
Dreykin "Patek Philippe"dən olan 1 milyonluq saatı
Onun "Rolex Cosmograph Daytona "Rainbow"dan olan 250 minlik saatı
"Patek Philippe ref" - 2 milyon dollar
"Richard Mille RM 26-02 Evil Eye Tourbillon" — 635 000 min dollar
Dreykin kolleksiyasında 600 min dollarlıq "Patek Philippe 5719/10R-010", 400 min dollarlıq "Richard Mille RM11-03", 200 min dollarlıq "Patek Philippe 5740 Nautilus Perpetual Calendar", 350 min dollarlıq "Patek Philippe 5976/1G Nautilus Chronograph", 450 min dollarlıq "Patek Philippe 5719/10G-010", 750 min dollarlıq "Richard Mille RM 69 Erotic Tourbillon" saatları var.
"Richard Mille RM11-03" — 400 000 dollar
"Patek Philippe 5719/10R-010" - 600 000 dollar
Saatlara olan sevgisi ilə tez-tez gündəmə gələnlərdən biri də Kriştian Ronaldodur. O, daha çox dəyəri yarım milyon dollardan çox olan aksessuarlara baxır. Futbolçu "Bulgari"nin 790 min dollarlıq, "Franck Muller Round Tourbillon"un 1,5 milyon dollarlıq, "Montres Breguet Classique Double Tourbillon"ın 802 min dollarlıq saatlarına sahibdir. Onun 100, 200 minlik saatı yoxdur.
"Bulgari" - 790 000 dollar
"Franck Muller Round Tourbillon" - 1 500 000 dollar
Rusiyalı müğənni Nikolay Baskov da bahalı saatı ilə gündəmə gəlib. İfaçının "Astronomia Tourbillon Baguette", ağ qızıldan hazırlanan "Jacob & Co" kimi brendlərdən saatı var. 342 brilliantla bəzədilən saat milyon dollardır.
Timati isə selfi edərkən "Richard Mille RM056 Felipe Massa 10th Anniversary" markalı saatı diqqət çəkib. Onun dəyəri 2 milyon dollardır.
Reper Cey Zi 4 milyon dollarlıq "Patek Philippe 6300G" brendindən olan saatı ilə.
Castin Biberin "Audemars Piguet Royal Oak 5402BA" saatı 70 min dollardır.
Ceki Canın "Richard Mille RM 50-02 Airbus Corporate" brendindən olan saatı 1 milyon 50 min dollardır.
mənbə: axşam.az