Almaniyada şirkətdə işləyən Lina bədən sənəti səyahətinə 2010-cu ildə başlayıb. İşlədiyi şirkətdə Linanın bədəninin görünən yerlərinə döymə etdirməsi normal qarşılanmırdı. Gənc qadın buna görə kariyeriyasından vaz keçdi.
İşdən çıxdıqdan sonra Lina Los Angelesə köçdü. İndi isə təxminən 10 ildir, bədənini sənət əsərinə çevirmək üçün müxtəlif döymələr edir. Lina indi özü kimi ola biləcəyi işdə işləyir. Yeni işi haqqında bunları söyləyir.
"Xoşbəxt olmadığım işdən ayrıldıqdan sonra özüm ola biləcəyim kariyera seçdim. İnsanlar gündəlik həyatlarında başqalarının düşüncələrinə uyğun olmaq üçün çalışırlar. Texnologiya sahəsində işləyəndə, xüsusilə, San Franciscoda, həddindən çox ayrı-seçkilik hiss etdiyimi söyləyə bilmərəm. 2020-ci ildə belə, döyməli insanlar damğalanırlar. Bəzi insanlar döyməli insanlara qarşı mənfi fikirlərə sahibdir."
Lina indiki görünüşünü əldə etmək üçün 50 min dollardan çox pul xərcləyib. İnstaqram hesabında 70 mindən çox takibçisi olan Lina, yaxınlarda dilini iki hissəyə böldürmək istədiyini söylədi. Lina instaqram hesabı vasitəsi ilə "SuicideGirls" tərəfində işlə təmin edildi. Eyni zamanda "İnked Magazine" ilə fotosesiya etdi.
Lina, gəncliyindən bəri döymələrə qarşı sevgi bəsləyib və özünün "yaşayan sənət əsəri" kimi görməkistəyirdi. Bir gün isə bu fikri həyata keçirtmək üçün ilk addımlarını atdı.