Qadin.NET / Möcüzə enerji-2

Möcüzə enerji-2

D 

Dalaq


Ola biləcək səbəb:Nəyəsə həddindən artıq ehtiras. 
Yeni düşüncə modeli: Özümü sevirəm və təsdiqləyirəm. 

Dəlilik


Ola biləcək səbəb: Ailədən qaçış. Həyatdan şiddətli bir qaçış. 
Yeni düşüncə modeli: Gerçək şəxsiyyətimi bilirəm və universal ağılın yaradıcı bir ifadəsiyəm. 

Dirsək


Ola biləcək səbəb: Yeni dəyişmələri və yeni təcrübələri qəbul etməyi təmsil edir.
Yeni düşüncə modeli: Yeni təcrübələrə, yeni dəyişmələrə və yeni istiqamətlərə asanlıqla uyğunlaşıram. 

Dəri problemləri


Ola biləcək səbəb: Qayğı, qorxu. Köhnə, dərinə basdırılmış bir təhlükə. 
Yeni düşüncə modeli: Barış və sevgi düşüncələriylə özümü qoruyuram. Keçmişi unutdum və bağışladım. İndi rahat və azadam. 


Diş problemləri


Ola biləcək səbəb:Davamlı qərarsızlıq. Qərar vermək üçün düşüncələri analiz edə bilməmək. Qərarları dəqiqləşdirə bilməmək, həyat qarşısında gücsüzlük. 
Yeni düşüncə modeli: Düzgünlük qanunundan çıxmamaq şərtilə qərarlarımı verirəm. Doğru qərarlar verdiyimin zəmanəti içindəyəm. Qərarlı bir insanam. Özümü sevgiylə dəstəkləyirəm və qərarlarımı tətbiq edirəm. 


Diş əti qanamaları


Ola biləcək səbəb: Həyatda verdiyimiz qərarlardan zövq almamaq.
 Yeni düşüncə modeli: Verdiyim qərarların doğruluğuna güvənirəm. Rahatam və dincəm. 


Diabet(Şəkər xəstəliyi)


Ola biləcək səbəb: Keçmişdə edilən seçimlərindən peşmanlıq hiss etmək. Həyatı idarə altına alma ehtiyacı. Dərin hüzn. Həyatdan zövq almamaq. 
Yeni düşüncə modeli: Bu an gözəlliklərlə doludur. Günün şirin tərəflərini görməyi, yaşamağı seçirəm. 

Diz problemləri


Ola biləcək səbəb: İnadçı və qürurlu. Heç nəylə uzlaşa bilməmək. 
Yeni düşüncə modeli: Bağışlayıram. Anlayıram. Şəfqət hiss edirəm.Hər şeyə asanlıqla uzlaşıram. 

Doğuşda yaranan şikəstliklər


Ola biləcək səbəb: Belə gəlməyi siz seçdiniz. Ailəmizi də biz seçərik.
 Yeni düşüncə modeli: Hər təcrübə inkişaf müddətimiz üçün mükəmməldir. Olduğum kimi olmaqdan xoşbəxtəm və dincəm. 

Dodaq uçuğu


Ola biləcək səbəb: Həyatı kiçik hesab etmək vərdişi. Özünü və başqalarını həddindən artıq tənqid etmək. "Hər şey nə qədər pis, deyilmi?" demek vərdişi. 
Yeni düşüncə modeli: Həyatla birəm. Özümü və başqalarını sevirəm. Yaşamaqdan xoşbəxtlik hiss edirəm. 


Dırnaq yemək


Ola biləcək səbəb: Çarəsizlik və xəyal qırıqlığı.
Yeni düşüncə modeli: Böyüməyi seçirəm. Artıq öz həyatımı asanlıqla və zövqlə idarə edirəm. 


E

Egzema


Ola biləcək səbəb: Həddindən artıq müxalifət, düşmənlik. 
Yeni düşüncə modeli: Ətrafımdakılarla asanlıqla uyğunlaşıram, barış, sevgi və həzzlə əhatəliyəm. Güvəndəyəm.


Əl biləyi


Ola biləcək səbəb:Hərəkəti və asanlığı təmsil edir.
 Yeni düşüncə modeli: Bütün təcrübələrimə müdrikliklə, sevgiylə, asanlıqla yaxınlaşıram və öhdəsindən gəlirəm. 

Epilepsiya


Ola biləcək səbəb: Əziyyət çəkmək. Həyatı rədd etmək. Böyük mübarizə duyğusu. Özünə qarşı şiddət. 
Yeni düşüncə modeli: Həyatı sonsuz və həzz dolu olaraq görməyi seçirəm. Mən də sonsuz, həzz dolu və dincəm. 

Ə

Əzələ problemləri


Ola biləcək səbəb: Həddindən artıq qorxu. Hər kəsə və hər şeyə dəli bir şəkildə nəzarət etmək arzusu. Güvəndə olmağa qarşı hiss edilən ehtiyac.
 Yeni düşüncə modeli: Həyatda olmaq gözəldir. Özüm olmaq gözəldir. Özümə güvənirəm. 



Fibroid şiş və kistalar


Ola biləcək səbəb:Həyat yoldaşından incimək və bu incikliyi bəsləmək. Qadınlıq mənliyinə zərbə yemək. 
Yeni düşüncə modeli: Bu təcrübəni mənə çəkən düşüncə qəlibindən özümü qurtarıram. 

Frigidlik (Cinsi soyuqluq)


Ola biləcək səbəb: Qorxu. Həzzdən qorxma. Cinsəlliyin pis olduğuna dair inanc. Laqeyd həyat yoldaşı. 
Yeni düşüncə modeli: Bədənimdən həzz alarkən güvəndəyəm. Qadın olmaqdan xoşbəxtlik hiss edirəm.

G

Gözlər


Ola biləcək səbəb:Təmiz,saf fikiri işarələyir. Keçmişi,ani gələcəyi canlandırır.
 Yeni düşüncə modeli: Hər şeyi sevgi və sevinclə görürəm. 

Göz problemləri


Ola biləcək səbəb: Həyatda gördüyü şeylərdən xoşlanmamaq.
 Yeni düşüncə modeli: Görməkdən xoşlanacağım bir həyatı yaradıram.


-Astiqmato


Ola biləcək səbəb: Özünü olduğu kimi görmə qorxusu. 
Yeni düşüncə modeli: Öz gözəlliyimi və görkəmimi görməyi seçirəm.


- Katarakt 


Ola biləcək səbəb: Gələcəyi qaranlıq görmək. 
Yeni düşüncə modeli: Həyat sonsuz və həzz doludur.


- Uşaqlarda olması


Ola biləcək səbəb: Ailədə olan bitəni görmək istəməmək. 
Yeni düşüncə modeli: Bu uşağı xoşbəxtlik və gözəllik qucaqlayır.


- Hipermetrop


Ola biləcək səbəb: Bir anda yaşanılanların dəyərini bilməmək və qorxmaq. 
Yeni düşüncə modeli: İndi və buradayam. Etibarda olduğumu görürəm.


- Göz təzyiqi


Ola biləcək səbəb:Bağışlaya bilməmək.
Yeni düşüncə modeli: Sevgi və şəfqətlə baxıram.


- Keratit (Kornea iltihabı)


Ola biləcək səbəb: Həddindən artıq hirslilik. Yumruq atmaq arzusu. 
Yeni düşüncə modeli: Ürəyimdəki sevgi gördüyüm hər şeyi yaxşılaşdırır. 

Guatr


Ola biləcək səbəb: Üzərindəki təzyiqlərə duyulan nifrət.Doyumsuzluq.
 Yeni düşüncə modeli: Həyatımın tək nüfuzu və gücü mənəm. Özüm olmaqda sərbəstəm.

Gut xəstəliyi


Ola biləcək səbəb: Səbrsizlik. hirslilik. 
Yeni düşüncə modeli: Özümlə və başqalarıyla barışığam və dincəm. 


 




 
                                                              Ardı var...

23 dekabr 2011
GO BACK