Qadin.NET / Möcüzə enerji-1

Möcüzə enerji-1



Hansı düşüncə hansı xəstəliyi yaradır?
Bu sualın cavabını bilmək üçün aşağıdakı siyahıya diqqət yetirmək lazımdır.
Bu siyahıya baxaraq keçirdiyiniz ya da keçirməkdə olduğunuz xəstəliklərlə, siyahıdakı ola biləcək səbəblər arasında bir əlaqə olub-olmadığını görə bilərsiniz.

Fiziki bir probleminiz olduğunda siyahıdan istifadə etməyin yaxşı bir yolu: 

1.Problemin zehni səbəbinə baxın və bunun sizin üçün doğru olub olmadığını düşünün. Səssizcə oturun və özünüzə sual verin: "Məndə bunu yaradan hansı düşüncələr ola bilər?" 

2.Bu sözləri təkrar edin: "Şüurumda bu şərtləri yaradan düşüncə qəlibini buraxmağa hazıram." 
3.Yeni düşüncə modelinizi bir neçə dəfə təkrar edin.
4.Yaxşılaşmağın başlamış olduğunu fərz edib, qəbul edin. 
Halınız,vəziyyətiniz üzərində hər düşündüyünüzdə, bu dörd sıralamanı təkrar edin. 
Addison xəstəliyi (Böyrəküstü pərdənin çatışmazlığı)
Ola biləcək səbəb:Romantikadan məhrumluq.Özünə qarşı hirslilik. 
Yeni düşüncə modeli: Bədənimin, düşüncələrimin, duyğularımın baxımını sevgiylə edirəm. 
Adrenal problemlər
Ola biləcək səbəb: Uduzma duyğusu. Özünə diqqət etməmək. Narahatlıq.
Yeni düşüncə modeli: Özümü sevirəm və təsdiqləyirəm. Özümə baxmağı, baxımlı olmağı vacib bilirəm. 
Ağlamaq
Ola biləcək səbəb:Gözyaşları həyatın çaylarıdır. Hüzn və qorxudakı qədər sevincdə də gözyaşı tökülər.
Yeni düşüncə modeli: Bütün duyğularımda dinclik içindəyəm. Özümü sevirəm və təsdiqləyirəm. 
Ağrılar
Ola biləcək səbəb: Sevgiyə həsrət çəkmək.Darıxmaq.
Yeni düşüncə modeli: Özümü sevirəm və təsdiqləyirəm. Mehriban və sevilən bir insanam. 
AİDS
Ola biləcək səbəb: Özünü rədd etmək, cinsi günahkarlıq və çatışmazlıq duyğusu.
 Yeni düşüncə modeli: Həyatın müqəddəs və görkəmli bir ifadəsiyəm. Cinsəlliyimdəm zövq alıram. Özümü sevirəm. 
Ağciyərlə bağlı problemlər
Ola biləcək səbəb: Həyatı qəbul etməmək. Depresiya. Hüzn.Rəngarəng,dopdolu bir həyata özünü layiq görməmək.
Yeni düşüncə modeli: Həyatım mükəmməl bir tarazlıq içindədir. Həyatı dolu-dolu yaşamağa haqqım var. 
Axıntı
Ola biləcək səbəb: Həyat yoldaşına duyulan hirslilik. Cinsi günahkarlıq duyğusu. Özünü cəzalandırmaq.
Yeni düşüncə modeli: Başqaları da mənə özümə etdiyim sevgi və hörmətin eynisini edir. Cinsəlliyimin coşğusunu yaşayıram. 
Allergiya
Ola biləcək:Öz gücünü rədd etmək.
Yeni düşüncə modeli: Dünya etibarlı və dostcadır. Güvəndəyəm. Həyatla barışığam. 
Alkoqolizm
Ola biləcək səbəb:Faydasızlıq, günahkarlıq, çatışmazlıq duyğusu. Özünü rədd etmək.
Yeni düşüncə modeli: Bu anda yaşayıram. Hər an yeni bir andır. Öz dəyərimi görməyi seçirəm. Özümü sevirəm və təsdiqləyirəm. 
Amfizem (Ağciyər xəstəliyi)
Ola biləcək səbəb: Həyat qorxusu. Özünü yaşamağa layiq bilməmək. 
Yeni düşüncə modeli: Dolu-dolu və azad yaşamaq ən təbii haqqımdır. Həyatı və özümü sevirəm. 
Amnezi (Yaddaş itkisi ya da problemləri)
Ola biləcək səbəb: Qorxu, həyatdan qaçış. Öz ayaqları üzərində dayana bilməmək.
Yeni düşüncə modeli: Zəka, cəsarət və öz dəyərə daim sahibəm. Həyatda olmağı sevirəm. 
Anemiya ( qansızlıq)
Ola biləcək səbəb: Həzz məhrumluğu. Həyat qorxusu. Yetərli olmamaq duyğusu. 
Yeni düşüncə modeli: Həyatın hər sahəsində zövq alacağım çox şey var. Həyatı sevirəm.Güvəndəyəm.
Anksiyete (qayğı)
Ola biləcək səbəb: Həyatın axışına və gedişatına güvən hiss etməmək.
Yeni düşüncə modeli: Özümü sevirəm və təsdiqləyirəm. Həyatın axışına güvənirəm.
Anoreksiya  (Yemək yeməyi tamamilə dayandırma)
Ola biləcək səbəb: Həyatı rədd etmək. Həddindən artıq qorxu, özünə nifrət etmək.
Yeni düşüncə modeli: Olduğum kimiyəm. Olduğum kimi olmaqdan xoşbəxtəm. Yaşamağı seçirəm. Həzzi və özümü qəbul etməyi seçirəm. 
Anus
Ola biləcək səbəb:Atma nöqtəsi, boşaltma nöqtəsi.
Yeni düşüncə modeli: Ehtiyac hiss etmədiyim şeyləri asanlıqla və rahatlıqla atıram. 
Anus - Apse
Ola biləcək səbəb: Buraxmaq istədiyiniz şeyi buraxa bilməməkdən duyduğunuz hirs.
Yeni düşüncə modeli: Buraxdığımda etibardayam. Yalnız ehtiyacım olmayan şeyləri atıram. 
Anus - fistula(axıntı)
Ola biləcək səbəb: Gərəksiz şeyləri qismən tutaraq atmaq. Keçmişin mənfiliklərinə asılı qalmaq.
Yeni düşüncə modeli: Sevgiylə keçmişi tamamilə azad buraxıram. Azadam. Sevgiyəm. 
Anus - qaşınma
Ola biləcək səbəb: Keçmiş haqqında günahkarlıq,peşmanlıq hiss etmək.
Yeni düşüncə modeli: Özümü sevgiylə bağışlayıram. Azadam. 
Anus - acı
Ola biləcək səbəb: Günahkarlıq hiss etmək. Cəzalandırılmaq arzusu.Çatışmazlıq.
Yeni düşüncə modeli: Keçmiş keçmişdə qaldı. İndi özümü sevməyi və təsdiqləməyi seçirəm. 
Anus - qanama
Ola biləcək səbəb: Hirslilik və hirs.
Yeni düşüncə modeli: Həyatın axışına güvənirəm. Doğru və faydalı addımlar atıram. 
Apati (Ətraf ilə anormal dərəcədə maraqsızlıq, duyğusuzluq, laqeydlik)
Ola biləcək səbəb: Duyğulara icazə verməmək. Özünü ölü kimi hiss etmək.Qorxu.
Yeni düşüncə modeli: Duyğularıma icazə verirəm. Özümü həyata açıram. Həyat təcrübələrinə hazıram. 
Apendisit
Ola biləcək səbəb: Qorxu, həyat qorxusu. Yaxşı şeylərin axışına maneə törətmək.
Yeni düşüncə modeli: Etibardayam. Özümü rahat hiss edirəm və həyatın zövqlə axmasına icazə verirəm. 
Apse
Ola biləcək səbəb: İncimək, kiçik hesab edilmək, intiqam duyğuları içində dönüb dayanmaq. 
Yeni düşüncə modeli: Düşüncələrimin azad olmasına icazə verirəm. Keçmiş bitdi. Dincəm. 
Arteriya (Qanı ürəkdən digər toxumalara daşıyan qan damarı)
Ola biləcək səbəb:Həyat sevincini daşıyan damardır. 
Yeni düşüncə modeli: Həyat sevinciylə doluyam. Bu sevinc ürəyimin hər atışında bütün bədənimə yayılır. 
Arterioskloz (Arteriya divarlarının sərtləşdiyi və qalınlaşdığı vəziyyət)
Ola biləcək səbəb: Müqavimət göstərmək, gərginlik.Dar düşüncələr. Yaxşını görməyi rədd etmək.
Yeni düşüncə modeli: Həyata və həzzə tamamilə açığam. Sevgiylə baxmağı seçirəm. 
Artrit (romatizm)
Ola biləcək səbəb: Sevilmədiyini hiss etmək. Tənqid olunmaq, inciklik. 
Yeni düşüncə modeli: Sevgiyəm. Özümü sevməyi və təsdiqləməyi seçirəm. Başqalarına sevgiylə baxıram. 
Artritli barmaqlar (Romatizmli barmaqlar)
Ola biləcək səbəb: Cəzalandırma, günahlandırma arzusu.Nəyəsə qurban olduğunu hiss etmək. 
Yeni düşüncə modeli: Sevgi və anlayışla baxıram. Bütün yaşadıqlarıma sevginin işığıyla yaxınlaşıram. 
Astma (nəfəs ala bilməmək)
Ola biləcək səbəb: Nəfəs almağa haqqının olduğunu düşünmək. Boğulmuşluq duyğusu və gizlədilən gözyaşı.Qorxu. Həyata güvənməmək. Uşaqlıqda ilişib qalmaq.
Yeni düşüncə modeli: Həyatımın məsuliyyətini üstlənmə etibarını duyuram. Azad olmağı seçirəm. Böyüməkdən qorxmuram. Həyatıma və özümə güvən duyuram. 
Körpə astması
Ola biləcək səbəb: Həyat qorxusu. Doğulmaqdan duyulan peşmanlıq. 
Yeni düşüncə modeli: Bu uşaq güvən dolu bir mühitdədir və sevilir. Gözlənililən və dəyər verilən bir uşaqdır. 
Ayaqlar
Ola biləcək səbəb: Özümüzü, başqalarını, həyatı anlama,başa düşmə düşüncəsi.
Yeni düşüncə modeli: Anlayışım genişlənir. Dəyişən dünyaya uyğunlaşıram. 
Ayaq barmaqları
Ola biləcək səbəb:Gələcəyin kiçik detalları.
Yeni düşüncə modeli: Bütün detallar öz-özünə yerlərini taparlar. 
Ayaq biləyi
Ola biləcək səbəb:Hərəkət və yol təyin etməyi təmsil edir.
Yeni düşüncə modeli: Həyatda irəli doğru addımları asanlıqla atıram. 
Angina
Ola biləcək səbəb: Qorxu. Gizlədilmiş duyğular. Tıxanmış yaradıcılıq. 
Yeni düşüncə modeli: Yüksək düşüncələr məndə ifadə tapır. Hər şey yaxşılığım üçün olur. 
Qıç problemləri
-Üst hissə
Ola biləcək səbəb: Uşaqlıq zədələrinin təsirindən xilas ola bilməmək. 
Yeni düşüncə modeli: Mənim üçün bildiklərinin ən yaxşısını edirdilər. Onları bağışlayıram.
-Alt hissə
Ola biləcək səbəb: Gələcək qorxusu. Tərpənmək istəməmək.
 Yeni düşüncə modeli: Gələcəyə etibarla baxıram. 
Bağırsaq problemləri
Ola biləcək səbəb: Köhnə və ehtiyac duyulmayan şeyi atmaqdan qorxmaq. 
Yeni düşüncə modeli: Asanlıqla köhnəni buraxır, coşğuyla yeniliyi qəbul edirəm. 
Baş ağrısı
Ola biləcək səbəb: Dəyərsizlik duyğusu. Qorxu. Özünü tənqid etmək. 
Yeni düşüncə modeli: Özümü sevirəm və təsdiqləyirəm. Etdiyim şeyləri sevgiylə edirəm. 
Baş dönməsi, fırlanması
Ola biləcək səbəb: Qaçış. Dağınıq düşüncə. Görməyi rədd etmək. 
Yeni düşüncə modeli: Həyatla uyğunlaşma və barış içindəyəm.Xoşbəxt olmaqla güvən içindəyəm. 
Barmaqlar
Ola biləcək səbəb:Həyatın detallarını işarələyir. 
Yeni düşüncə modeli: Həyatın detallarıyla barış içindəyəm.
- Baş barmaq
Ola biləcək səbəb:Ağıl və narahatlığı işarələyir.
 Yeni düşüncə modeli: Zehinim dinc və rahatdır.
- İşarə barmağı
Ola biləcək səbəb: Qorxunu işarələyir. 
Yeni düşüncə modeli: Etibardayam.
- Orta barmaq
Ola biləcək səbəb: Hirslilik və cinsəlliyi işarələyir.
 Yeni düşüncə modeli: Cinsəlliyimlə barış içindəyəm.
- Üzük barmağı
Ola biləcək səbəb: Birlikdə olmağı və hüznü işarələyir. 
Yeni düşüncə modeli: Mehriban və dincəm.
- Kiçik barmaq
 Ola biləcək səbəb:Ailə və saxta bir görünüş vermə səyini işarələyir.
 Yeni düşüncə modeli: Həyat ailəsində olduğum kimi görünürəm. 
Bədən qoxusu
Ola biləcək səbəb: Qorxu. Özündən xoşlanmamaq. İnsanlardan qorxmaq. 
Yeni düşüncə modeli: Özümü sevirəm və təsdiqləyirəm. Güvən hiss edirəm.
Beyində şişkinlik
Beyin bir növ kompüter funksiyasını təmsil edir.
Ola biləcək səbəb: Səhv proqramlanmış inanclar. İnadçılıq. Dəyişməyi rədd etmək. 
Yeni düşüncə modeli: Zehinimin kompüterini yenidən programlaşdırmaq çox asandır. Həyat dəyişmələr müddətidir. 
 
Boğaz problemləri
Ola biləcək səbəb: Öz adına danışa bilməmək. Udulmuş hirslilik. Tıxanmış yaradıcılıq. Dəyişmə qorxusu. 
Yeni düşüncə modeli: Özümü asanlıqla sevgiylə ifadə edirəm. Yaradıcılığımı istifadə edirəm. Dəyişməyə hazıram. 
Boyun ağrıları
Ola biləcək səbəb: Problemə bir başqa baxımdan baxmağı rədd etmək. İnadçılıq. 
Yeni düşüncə modeli: Asanlıqla və rahatlıqla bir mövzunu hər baxımdan görə bilirəm. Hər hansı bir şeyi etməyin və görməyin bir çox yolu var. 
Böyrək problemləri
Ola biləcək səbəb: Mühakimə etmək, xəyal qırıqlığı, müvəffəqiyyətsizlik. Utanmaq hissi. Uşaq kimi reaksiya göstərmək. 
Yeni düşüncə modeli: Daim doğru addım atıram. Hər təcrübə faydalıdır. Böyüməyi seçirəm. 
Bronxit
Ola biləcək səbəb: Qışqırıb çağrılan,tez-tez mübahisə edilən ailə mühiti.
Yeni düşüncə modeli: Ətrafımda barış və uyğunlaşma var. 
 Burun axması
Ola biləcək səbəb: Daxili ağlama.Gözyaşı.
Yeni düşüncə modeli: Həyatımın yaradıcı gücünün məndə olduğunu qəbul edirəm. Həyatdan zövq almağı seçirəm. 
Burun qanaması
Ola biləcək səbəb: Qəbul olduğunu görmək istəyi. Əhəmiyyət verilməmək duyğusu. Sevgi istəyirəm.
Yeni düşüncə modeli: Özümü sevirəm və təsdiqləyirəm. Gerçək dəyərimi bilirəm. 


Cinsi xəstəliklər
Ola biləcək səbəb: Cinsi orqanların günah olduğu inancı. Günahkarlıq. Cinsəllikdə insanları istifadə etmək, istismar etmək, təcavüz etmək.
Yeni düşüncə modeli: Cinsəlliyimi sevgiylə ifadə edirəm. Mənə yaxşı duyğular hiss etdirən cinsəlliyi yaşamağı seçirəm. 
Cushing xəstəliyi (Bir növ hormon pozuqluğu)
Ola biləcək səbəb: Zehni balanssızlıq. Davamlı dəlicə fikirlər düşünmək.Həddindən artıq güclülük duyğusu. 
Yeni düşüncə modeli: Sevgiylə bədənimi və zehinimi tarazlaşdırıram. İndi mənə yaxşı duyğular verən düşüncələri seçirəm. 
Ç 
Çənə problemləri
Ola biləcək səbəb: Hirslilik. İntiqam arzusu. 
Yeni düşüncə modeli: Yaratdıqlarımı dəyişdirmək gücü məndədir.
Çiban
Ola biləcək səbəb: Bizə edildiyini düşündüyümüz haqsızlıqlara qarşı hiss edilən hirs. 
Yeni düşüncə modeli: Keçmişi buraxıram, həyatımın hər sahəsini yaxşılaşdırmaq üçün özümə zaman ayırıram. 
Çürüklər
Ola biləcək səbəb: Həyatda kiçik maneələr. Özünü cəzalandırma. 
Yeni düşüncə modeli: Özümü sevirəm və hörmət edirəm. Özümlə mehriban davranıram. 
                                                                   Ardı var...

 

17 dekabr 2011
GO BACK