Qadin.NET / Ən çox pul qazanan qadın aktrisalar

Ən çox pul qazanan qadın aktrisalar











ABŞ istehsalı olan “Ümidsiz evdar qadınlar" (Desperate Housewives) adlı serialla daha çox məşhurlaşan serialın aktrisaları ən çox pul qazanan qadın aktrisalar arasında ilkin yerləri tutur.

Belə ki, siyahıya görə, 2010-cu ilin may ayından 2011-ci ilin eyni dövrünə qədər qazandığı 13 milyon dollar pulla “Ümidsiz evdar qadınlar " (Desperate Housewives) serialının aktrisalarından olan Eva Longoria Parker və elə eyni miqdarda pul qazanan "30 Rok" serialının yaradıcısı və aktrisası Tina Fey televiziya seriallarının ən çox qazanan qadın aktrisaları olub.
 
Eva Longoria Parker
 
Tina Fey

Siyahıda birinci yerdə Eva Longoria Parker və Tina Fey, ikinci yerlərdə isə 10 milyon dollarlıq gəlirləriylə “Ümidsiz evdar qadınlar" (Desperate Housewives) serialının digər aktrisası Marcia Cross, "Law & Order: SVU" adlı detektiv serialın Emmy mükafatlı aktrisası Mariska Hargitay və bir başqa "CSI: Crime Scene Investigation" adlı detektiv serialının aktrisası Marg Helgenberger olub.
      
Marcia Cross


Mariska Hargitay
 
 

Marg Helgenberger
 “Ümidsiz evdar qadınlar" (Desperate Housewives) serialının digər məşhur aktrisaları Teri Hatcher və Felicity Huffman da 9 milyon dollar qazanaraq televiziya dünyasının ən çox qazanan qadın aktrisaları arasında yer tutub.
 
Teri Hatcher
 
 Felicity Huffman

 Keçən aylarda ən çox qazanan qadın kino aktrisalarının da adları da açıqlanıb. Siyahının ilk sırasını illik 30 milyon dollarlıq gəlirləriylə Angelina Jolie və Sarah Jessica Parker tutub.
 
 Angelina Jolie
 
Sarah Jessica Parker




20 noyabr 2011
GO BACK