Qadin.NET / Stress saçları niyə ağardır?

Stress saçları niyə ağardır?

 

 

Stressin saçları ağartması təəccüblü məlumat sayılmır.

 

Harvard Universitetinin alimləri stressin saçları hansı səbəbdən ağartmasını müəyyən edib.

Stress saçları niyə ağardır?

Tədqiqatçıların fikrincə, müharibə və uçuş qorxusundan yaranan stress saçları ağardır. Yəni, qorxduğumuz zaman hüceyrələrimiz məhdud saç boyasından istifadə edir.

 

Bunu sübut etmək üçün siçanlar üzərində təcrübə aparılıb. Tədqiqatçılar siçanları üç fərqli stress amili ilə müqayisə edib: fiziki məhdudlaşdırma, ağrı və psixoloji sıxıntı. Siçanların tüklərinin bu üç stress amili əsasında ağardığı məlum olub. Daha sonra tədqiqatçılar saç rəngindəki dəyişikliyə nəyin səbəb olduğunu öyrənmək üçün bir araşdırma da reallaşdırıb. Bu zamana böyrəküstü vəzilər diqqət çəkib. Vəziləri çıxarılan siçanlar yenidən stress faktoru ilə qarşılaşıb və tüklərin ağarması müşahidə olunub.

Stress saçları niyə ağardır?

Bu tədqiqatdan sonra siçanların digər hormonal prosesləri bloklanıb. Nəticədə tədqiqatçılar sempatik sinir reaksiyasının ağ tüklərdən məsul olan kök hüceyrəyə həddindən artıq yüklənməsindən qaynaqlandığını müşahidə ediblər. Bu sinir reaksiyasına maneə törədildikdən sonra siçanlarda tük ağarması dayanıb.

 

Məhərrəm Əliyev (publika.az)

 

25 yanvar 2020
GO BACK