Film tövsiyəsi: "The Dressmaker"
Jocelyn Moorhouse yazdığı ssenari əsasında 2015-ci ildə çəkilən "The Dressmaker" filmi tragikomediya janrındadır. Baş rolda Kate Winslet oynayır. Uzun illər sonra uşaqlıqda utancla tərk etdiyi qəsəbəyə qayıdan "Tilly" keçmişini aşkara çıxarmaq niyyətindədir. Keçmiş göründüyü kimidir yoxsa pərdə arxasında sirlər gizlənir?
Tilly Dunnage (Kate Winslet) gözəl, qeyri-adi bir qadındır. Vicdanında daşıdığı böyük yüklə, anası Molly-i (Judy Davis) tapmaq üçün qəsəbəyə qayıdır. Artıq qəsəbədə yad olaraq qəbul edilir. Tilly-nin qeyri-adi dərzilik bacarığı var. Qəsəbənin qadınlarını yenidən yaradır. Qaranlıq keçmişi üçün qəsəbə sakinlərindən qisas almağa başlayır. Teddy(Liam Hemsworth) aşiq olduqdan sonra hadisələrin gedişatı dəyişir.
Musiqi tövsiyəsi" "Tamino - Indigo Night"
Mahnı tövsiyəsi olaraq sizə misirli ifaçı, belçikalı model Taminodan "İndigo night" mahnısını təqdim edirik.
Kitab tövsiyəsi : " Köhnə Bakı"
“Köhnə Bakı”da Azərbaycanın opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, xalq artisti (1932), Azərbaycanın professional musiqi teatrının banilərindən biri Hüseynqulu Sarabskinin (20 mart 1879, Bakı — 2 fevral 1945, Bakı) inqilabaqədərki Bakı haqqında xatirələri verilib. XIX əsrin sonu, XX əsrin əvvəllərində xurafata yuvarlanan digər bölgələr kimi paytaxt Bakı şəhəri də xalqı zülmü altında saxlayan fırıldaqçı din xadimlərinin, çar qulluqçularının, şəhər qoçularının və digər feodal ünsürlərin yazılmamış qanunları ilə idarə olunurdu. Daim təqib və təhqir edilən maarifpərvər, ziyalı insanlarsa bu cəhalətlə mübarizə aparmaqda aciz idi. “Köhnə Bakı” kitabında əsasən o vaxtkı adət-ənənə və oyunlar haqda geniş məlumat əks olunub. Bu kitab Azərnəşrin 1939-cu ildə çap etdiyi “H.Q.Sarabski. Köhnə Bakı” kitabının tam mətni əsasında nəşrə hazırlanıb.