Qadin.NET / DKNY-dən milyon dollarlıq ətir

DKNY-dən milyon dollarlıq ətir

DKNY-dən milyon dollarlıq ətir


Tanınmış firmalardan olan DKNY (Donna Karan Nyu York) qeyri-adi dizyna malik şüşəsi olan ətir təqdim edib. Ətir Golden Delicious million adlanır. Qabın dizayneri amerikalı Martin Katçdır. Ətirin qabı ağ və sarı qızıldan hazırlanıb. Alma formasındadır. Üzəri 2700 ədəd mükəmməl dəyirmi formalı brilliantla və 183 ədəd nadir tapılan sarı sapfirlə bəzədilib. Qızıl qabın üzərində 2909 ədəd müxtəlif ölkələrdən gətirilmiş qiymətli daşlarla Nyu-York şəhəri əks edilib. Dizayner onun hazırlanmasına 1500 saat sərf edərək dünyanın ən bahalı ətirini yaradıb. Milyon dollar qiyməti olan bu ətirin çox xoş qoxusu var. Ətri çiçək və meyvə notları, müşk, səndəl ağacı və tik ağacı notları tamamlayır. Əvvəlcə dünyaya tanıtmaq üçün O, dünya turuna çıxarılacaq. Daha sonra isə satışa qoyulacaq. Ətir məhdud sayda 30, 50 və 100 ml-lik qablarda buraxılacaq. Qiyməti isə ölçüsündən asılı olaraq 650 min dollardan 1 milyon dollara qədər olacaq. Satışdan götürülən pul Aktion Against Hanger (Aclığa Qarşı Hərəkat) xeyriyyə təşkilatına bağışlanacaq. Bu ətiri alan şəxs həm ac insanlara yardım edəcək, həm də qızıl almaya sahib olacaq.


7 noyabr 2011
GO BACK