London-Böyük Britaniyanın paytaxtıdır.Ərazisinin sahəsi-1706,08 kv.km-dir. Əhalisini sayı-8 milyondan çoxdur.Əhalisinin sayına görə dünyada 21-ci yer,Avropada 2-ci yer tutur.London Britaniyanın siyasi,iqtisadi və mədəni həyatında böyükrol oynayır. Şəhərdə beynəlxalq Xitrou hava limanı,dünyada ən böyük çaylardan biri olan Temza çayı,Tauer körpüsü,Trafalqar meydanı və Böyük Britaniyanın fəxri sayılan Biq -Ben saatı burada yerləşir.
London ilin bütün fəsillərində gözəldir.İyul və avqust aylarında tursitlərlə dolu olur.Bu şəhərin gecələri tamam fərqlidir.Səması qeyri-adi bir gözəlliyə malikdir.Qaranlıq düşəndə ciddi,işadamı stilində olan şəhərdən əsər-əlamət qalmır.Hətta avtomobillər də dəyişib,idman stilinə keçir.Gecə vaxtı Londonda qaranlıq və tənha küçələrdən tək keçmək olmaz.
Pulları tanımadığın yerlərdə dəyişmək olmaz. Avtobus gözləyəndə mütləq növbədə dayanmalısan.London əhalisi elə hesab edirlər ki,dünyada ən pis mətbəx onlardadır.Lakin London mətbəxi alma piroqu,zəncəfil peçenyaları və pudinqləri ilə məşhurdur.
İngilis adətlərinə görə,qonaq gedərkən mütləq əlində nəsə hədiyyə aparmalısan.Qonaqlıqda boşqabındakı bütün yeməkləri yeməlisən.Yalnız evə qayıtdıqdan sonra ev yiyəsinə açdığı süfrəyə görə təşəkkür məktubu göndərməlisən.
London-alış-verişin mərkəzi hesab olunur.Ən məşhur brendlərin satıldığı mağazaları görmək istəsən West-End rayonuna getməlisən.Hər həftənin dördüncü günü Londonda “Shopping Day” keçirilir.Həmin gün mağazalar gecə yarısına qədər işləyir və alıcılara hədiyyələr təqdim edilir.
Bu şəhər yüksək təhsil sistemi ilə məşhurdur.Burada dünyanın ən məşhur universitetləri yerləşir.
Biq-Ben -dünyada zamanı dəqiq göstərən yeganə saatdır.Britaniyanın rəmzi sayılan bu saata çox vaxt “Müqəddəs Stefan qülləsi” də deyilir.Saatın sağ və sol tərəfində latın dilində “Tanrıya şükür” yazılıb.
Viktoriya və Albert Muzeyi- qəribə dizayna malikdir.Mərmərlə, farforla, bahalı metallarla bəzədilmişdir.Muzeyə giriş pulsuzdur.
Madam Tüsso Muzeyi – mum fiqurlarla doludur.Burada ürəyindən keçən sözləri yazmaq üçün böyük bir dəftər qoyulub.Xatirə olaraq yaza bilərsən.Hətta Şerlok Holmsun evi bu muzeyin düz yaxınlığında yerləşir.
Britaniya Muzeyi – tarixi kolleksiyalarla zəngindir. Dünyanın ən məşhur muzeyidir.İngilislər bunun varlığı ilə fəxr edirlər.Muzeydə 94 qalereya və mindən çox incəsənət nümunəsi var.Gəzintidən sonra yorğunluğunu atmaq üçün Trafalqar meydanına gedib,canlı musiqi dinləmək möhtəşəm bir zövqdür.
Kral Botanika Bağı – Londonun ən görməli yerlərindəndir.Burada 40 mindən çox bitki növü vardır.Ətrafında Çin bağı,daş bağı və iki rəsm qalereyası yerləşir.Bağa giriş böyüklər üçün 7,5 britaniya funtudur.16 yaşından kiçik olan uşaqlar üçün isə giriş pulsuzdur.
Londonun Yeraltı Dünyası – qanlı və qəddar tarixə səyahətdir.Qorxulu labirintlər arasında gəzinti dəhşət filmlərini xatırladır.Əsl adrenalin vurğunlarının yeridir.Bu qorxulu məkanın özü də bir əyləncə hissi aşılayır insana.
Bukingem Sarayı – Turistlərin ən çox görmək istədikləri məkanlardan biridir.Sarayda 661 otaq var.Onlardan 18-i yalnız ilin müəyyən günlərində insanlar üçün açılır.Kraliça öz həyat yoldaşı ilə birgə sarayın şimal hissəsində 12 otaqlı bir guşədə yaşayır.Otaqların mənzərəsi Qrin parka açılır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Aybaşı gününü hesablama
Yer kürəsi üçün təhlükə
Erkən yaşlarda qeydə alınan abortlar
İki gün toz-duman olacaq
Bakının mərkəzi yolları bağlanır - SİYAHI
Bakıda mənzil bahalaşıb
Daraqları tanıyaq
Neft yenidən ucuzlaşdı
Sarı saç modelləri kimlərə yaraşır?
Multivarkanın hansı növünü seçək?
Avropa birinciliyindən 6 medalla!
Bu ölkədə kabab yeyənlər dövlətə vergi verirlər
Bakıda qırmızıyaylıq kişilərin parkomat kələyi
Bu ət qaraciyər xərçənginin qarşısını alır
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
Cansu Dere 10 milyona ev aldı
Şakiranın konsertinə ulduzlar toplaşdı-FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva: "Əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib"
Dünyanını "lənətləyən" rəssam
Günün ulduz falı
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - RƏSMİ
Gülməli heyvan şəkilləri
Alimlər koronavirusdan qoruyan ən yaxşı parça növünü tapdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Həftənin ilk iş günü hava necə olacaq?
Tək-tənha
Zövqlü ziyafət çantaları
Edamdan 18 il sonra bəraət aldı
Yaponiya kosmosa "zibilyığanlar" buraxacaq
5 yaşında Microsoft mütəxəssisi olan Ayan Qureyşi
Ozan Güvən yeni FOTOsu ilə hər kəsi güldürdü-FOTO
Öküzün ağciyərlərindən hazırlanan dərman koronavirusdan ölümü beş dəfə azaldıb
Kəs və yapışdır-34
Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
Rəqəmləri birləşdir-1
Saç tökülməsinə qarşı maska
Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir
"Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?
Arda millidən çıxarıldı
Azərbaycanda 345,6 min nəfər əlilliyə görə əmək pensiyası alır
Gözlənildiyi kimi çıxmayan sifarişlər
Uşaqlarla əylənməyin yolları-1
İstilər gəlir
Putinin sirli kababı - Prezidentin aşpazlıq qabiliyyəti-FOTO
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Məşhur müğənninin oğlu qəzaya düşdü-FOTO
Gübrə ilə yetişdirilən məhsulların ziyanı
Dənizləri gəzən mesaj: "O adam mənimlə əlaqə saxlasın"
Məşhur model 1,4 milyon dollar ödəyəcək
- ŞƏRHLƏR