Həyat deyilən bir şey var! Nədi, nə olub? Unutmuşuq bəlkə yaşamağı? Hər ötən günlə dərdlərimiz bir az daha artır və ya möcüzələrə inancımızı itirmişik bəlkə də? Adi hadisələrdən yaranan xoşbəxtliklərə inanmırıq? Bir ağac kölgəsində bir anlığa durmaq, bir axşamüstü dənizə baxıb, bu ucsuz-bucaqsız suların hərəkətsizliyinə təəccüblənmək yoxdu artıq? Qurtarıb bütün həyəcanlarımız? Çəkilmişik həyatdan? Həyatın bizim olmadığımız yerlərdə yaşanıldığınamı inanırıq? Daha bitmədən bitirmişik hər şeyi, yorğun ruhumuzun yeni macəralara hazır olmadığını düşünürük bəlkə də... Dəli olmuşuq biz? Bu yolun başında belə nə ilə qarşılacağımızı hardan bilirik? Bəlkə köhnə bir dostla, bəlkə çoxdandı axtardığımız kitab satıcısıyla qarşılaşa bilərik. Açıq bir pəncərədən ucalan şən qəhqəhələr eşidə bilər, həyat eşqi gözlərindən oxunan insanlar görə bilərik bəlkə də.
"Nə sevinc, nə həyat, nə əyləncə? Pul var ki?" deyiriksə, əgər əylənmək üçün pulun vacibliyinə bu qədər inanırıqsa, əmin olaq ki, heç pulumuz olsa da əylənə bilməyəcəyik. Pul əyləncəni fərqiləşdirə bilər, amma əsla yarada bilməz. Radioda mahnı seçib, rəqs etmək pulla deyil; televizorda yaxşı bir film izləmək pulla deyil; bizim üçün dəmlənmiş bir stəkan çayı "bu mənim üçün hazırlanıb" deyə, gülümsəyərək içmək də pulla deyil... Həyat deyilən bir şey var. Sadəcə, bizim olan, içində sadəcə bizim görə bildiyimiz çiçəklər açan, sadəcə bizim musiqilərimizin çalındığı bir bağça var. Hər kəsi qoymayaq girsin ora; çiçəklərimizi başqaları dərməsin, mahnılarımızı başqaları oxumasın. Düzdü, bəzən yaxşı hadisələr olmur həyatda, məntiqsiz qərarlar verilir, ümidlərimiz öldürülür, həyatımızdan bir şeylər oğurlanır, çarəsiz qoyurıar bizi. Uduzmuşuq bəlkə də, uduzmağın verdiyi ağır yaralar daşıyırıq ruhumuzda, amma yenə də bir həyatımız var bizim. Sadəcə, bizə aid olan bir bağçamız, dayanıb nəfəsimizi dərə biləcəyimiz, yaralarımıza məlhəm, gül-çiçəklərini seyr edəcəyəmiz bir bağçamız var...
Bir ağacın kölgəsində dura bilərik bir anlığa; səhərə yaxın oyanıb, yeni bir günün doğuşuna şahid ola bilərik; sevdiyimiz bir kitabı yebnidən vərəqləyə bilərik; sevdiyimiz insanlar üçün darıxıb, onlarla bir gün yenidən görüşəcəyimizi xəyal edə bilərik; mətbəxə keçib, yeni bir yemək kəşf edə bilərik; saçlarımızı hər dəfəkindən fərqli kəsdirə bilər, evimizə bir gün də başqa bir yoldan gedə bilərik. Həyat deyilən bir şey var, hər zaman kəşf edilməyi gözləyən, sadəcə, bizə aid bir həyat. Bilirəm, dərdlər çoxdu, sıxıntılar bitib-tükənmək bilmir, günlər bir-birinin ardınca uçub gedir, yorğunluq, bəlkə də bezgin...Təslim olacağıq indi? Xəyal qurmayacağıq bundan sonra? Ani və səbəbsiz xoşbəxtliklərə inanmayacağıq, ağaclara baxmayacağıq, dənizlərə təəccüblənməyəcəyik, bizim üçün dəmlənmiş çayı içməyəcəyik? Dəli olmuşuq biz? Həyat deyilən bir şey var... Bəli orda, əlimiz çatacaq qədər yaxında. Sadəcə, əlimizi uzatmaq yetər...
XƏBƏR LENTİ
Olmazsa olmazımız "sırqalar"
Təhsil Nazirliyindən məktəbli forması ilə bağlı tövsiyə
Bu günün tarixi (18.05.2014)
Toyunda qara gəlinlik geyindi!
Anar Məmmədxanovun qızı təqdimatda
Neft yenidən ucuzlaşıb
Bakı küçələrini xüsusi texnikalar təmizləyəcək- VİDEO
Kerem Bursin onunla sevgilidir-FOTO
Cəbhədə vəziyyət gərginləşdi
Yayda bədəni təmizləyən detoks tövsiyələri
“Google” XƏBƏRDARLIQ EDİR: bu tətbiqləri dərhal silin!
Koronavirusa yoluxanlar hansı xəstəxanalarda müalicə olunur? - Siyahı
Göyçaylı fermer arı südü istehsal edir
Bir dua,bir sevgi
Özünə zərər vermək də bir xəstəlikdir
Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı daha bir AÇIQLAMA
Kıvanç Tatlıtuğ “Çukur”a gəlir?
Füsunkar Göygöl
Gözəl saçlar üçün 6 qızıl qayda
Bu ölkə eboladan xilas oldu
Dünyanın ən zövqlü bomju-FOTO
Hind mədəniyyəti-2
Ermənilər Azıx mağarasında qanunsuz arxeoloji qazıntı işləri aparıblar - RƏSMİ
"Erkenci Kuş" un məşhur cütlüyü evlənir-FOTO
Rus Dili dərs-9
Nanəli şarlotta (foto resept)
Atanın övladlarına ad günü hədiyyəsi
Noxud şorbası (foto-resept)
İradə testi
Uşaqların sosial-psixoloji inkişafı-22
ÜST koronavirusla son rəqəmləri açıqladı
Leysan, qar yağacaq - XƏBƏRDARLIQ
Baş Prokurorluq Gəncənin atəşə tutulması ilə bağlı məlumat yaydı
Luvr muzeyinin həyətindəki gözəllik məhv oldu-FOTO
HAVA necə olacaq?
Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb
Dəbli gəlinlik modelləri
Ali məktəblərə qəbulun KEÇİD BALLARI AÇIQLANDI
İlon Mask malikanəsini 29 milyon dollara satdı
Yay aylarında dəri baxımı
Üç zəvvarımız öldü
Sila İMİCİNİ DƏYİŞDİ_FOTO
Qurban bayramının vaxtı bəlli oldu
Süfrə nizamı necə olmalıdır?
S-300 raketləri təlimdə (FOTO)
Gecə yeməmək üçün nə etməli?
Ev bitkilərinə necə qulluq etmək lazımdır? (I hissə)
Azərbaycanda seçkinin nəticələri ləğv edildi
Gələcəkdən gəlmiş Nuh danışdı-FOTO
Sağlamlığa faydalı olan möcüzəvi qarışım
- ŞƏRHLƏR