Sürrealist boyakarlığın ən görkəmli nümayəndəsi, ispan mənşəli Salvador Dali
1904-cü ildə Kataloniyada doğulmuş Dali, sözün əsl mənasında, yüksək professionallığı,klassik irsə ehtiras və böyük həvəslə bağlılığı ilə diqqəti çəkmişdir. Rəssamlıq tarixində onun kimi ikinci elə bir sənətkar tapılmaz ki, adı ətrafında bu qədər söz-söhbət və rəvayət danışılsın, əsərləri tamaşaçıya bu qədər dərin emosional təsir bağışlasın.
Hələ Madriddə oxuyarkən əxlaq çərçivəsinə sığmayan davranışları, özünü apara bilməməsi, qəribəlikləri ona çətinliklər yaşatsa da, uğurla təhsilini başa vurmuşdur.
Dalinin çevrəsi geniş, pərəstişkarları bol (xüsusən də qadınlar), dostları çox idi. Qonaq getməyi və qonaq qəbul etməyi xoşlayırdı. Belə qonaqlıqların birində fransız şairinin xanımı Qala ilə tanış olur və pərakəndə sevgilər yaşayan Dali bir ömür boyu Qalanın əsiri olur. Onun həyatı, fəlsəfəsi kimi Qalaya həsr etdiyi rəsmləri də orijinallığı ilə seçilirdi. Qalaya olan sevgisi onu çiyinlərində kotletlə təsvir etməyə yönəltmişdir. İzahı isə beləydi: "Qalanı bu kotletlər kimi yemək istəyirəm".
Qeyd edim ki, onlar rastlaşanda Dalinin 25, Qalanın isə 35 yaşı vardı. Qala ərini, 11 yaşlı qızını Dali ilə macəralarla dolu həyata dəyişdi. 1982-ci ildə Qala öləcək, bundan bərk sarsılan Dali isə bir daha özünə gələ bilməyəcəkdi.
Hələlik isə Dali bütün dünyanın əsəblərini gərginləşdirən rəsmlər çəkərək öz şöhrətini yaymaqda davam edir, müxtəlif cərəyanlarda tərəddüd etsə də, qəti qərarını sürrealizm cərəyanına vermişdi. S.Dalinin rəsmlərinə baxan parislilər anlaya bilmirdilər ki, bu sənət əsəridir, yoxsa rəssam sayıqlaması. "Alovlanan zürafə" əsərində tünd mavi fonda oxşarlıq baxımından çox dəqiq çəkilmiş zürafə var, o, alova qərq olmuşdur. Sakit dayanan zürafə ilə qızışan alov, ümümiyyətlə təsvir olunan vəziyyət məntiqi baxımdan izaholunmazdır və yaxud "Vətəndaş müharibəsi ərəfəsində" əsərinə baxsaq, həmin hadisədən altı ay əvvəl çəkilməsi tamaşaçıda heyrət oyatmaya bilmir.
Dalinin sürrealist əsərlərindən danışarkən, şübhəsiz, onun saatlarla bağlı silsilə rəsmləri və ən əsas "Əbədi yaddaş" əsəri yada düşür. Bu rəsm Dalinin şah əsərlərindən biri hesab olunur, şəxsən mənim də çox sevdiyim rəsm əsəridir.
Dali 1989-cu ildə vəfat edib. İndi isə sizi Salvador Dalinin dünyası ilə baş-başa buraxıram.
XƏBƏR LENTİ
Kimsə onun 7 aylıq hamilə olduğuna inanmır
Taco salatı (foto resept)
Qidalanma pozuntusu, əslində, bir xəstəlikdir
Sabah Qaz Olmayacaq!
Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya hazırlıq başladı
Bayramqabağı alıcıları belə aldadırlar
"Kobra" Pərviz sabah Bakıya qayıdır-FOTO
Onların populyarlığı sürətlə artır
Ərdoğan Avropada birinci, dünyada ikinci yerdə
"Maşa və Ayı" tortu (foto resept)
Kral ailəsində bir ŞOK daha-FOTO
Fahriye Evcen xəstəxanadan çıxdı
Ana-qız münasibətlərində tarazlıq
Günün qoroskopu: vədlərinizi gerçəkləşdirin
28 yaşlı bu qız 4 dəfə xərçəngə tutulub-FOTO
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Ali Sunal Ata oldu-FOTO
İnsan üzlü buzov doğuldu-FOTO
İraq - təhlükəyə addım-addım
Cenner xəstəxanalıq oldu-SƏBƏB
7 yaşlı uşaq məscidə pul bağışladı
Hamilələrin gigiyenasi
Şakiranın yeni FOTOları
Bəhram Bağırzadə ECMO cihazından ayrıldı - YENİLƏNİB
Bakı, Sumqayıt və Abşerona giriş məhdudlaşdırılır - RƏSMİ
Düşmən Ağdam kəndini atəşə tutdu
SSRİ-nin ilk gözəllik kraliçası-FOTO
Prezident: “Şuşasız bizim işimiz yarımçıq olar”
Azneft meydanı bağlanacaq
45 yaşlı aktrisa hər zaman gözəl görünməsinin sirrini bölüşdü - FOTO
Yıldız Tilbe Tarkanın rekordunu yeniləyəcək
Azərbaycanda daha 36 nəfər koronavirusdan öldü: 1703 yeni yoluxma
Bütün Dünya 10 aprel konfransını gözləyir
Malayziyada 447 kobra və tısbağa yeyilməkdən xilas edilib
Qanvermənin faydaları
Düşmən qorxu və təşvişi aradan qaldırmaq üçün dezinformasiya yayır - RƏSMİ
Aprelin 1-dən Azərbaycanda 80 mindən çox vətəndaşın təqaüdü artırılacaq
Köz badımcan salatı (video-resept)
Mayın son günü 36 dərəcə isti olacaq
HAVA necə olacaq?-9 Oktyabr
Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirildi
“Facebook” qocalır
"Brexit" Azərbaycana təsir edəcəkmi?
"Bataqlıq çicəyi"
Toyuq ətli lahmacun (foto resept)
Şokoladlı "Zebra" tortu (foto resept)
Yeni tədris ilində dövlət universitetlərinin təhsil haqlarında artım olacaqmı?
Qastritdə xalq təbabəti
Yatmazdan əvvəl bunu etməyin
Kartof salatı (foto-resept)
- ŞƏRHLƏR