Əzizlərim,sizlərin xahişini nəzərə alaraq bu dəfəki xəbərimi Fransaya həsr edirəm.
Fransa - Sahəsi: 547 070 kv.km-dir. Əhalisi: 60,4 milyondur.Paytaxtı Paris şəhəridir. Fransızlar ölkənin 94%-ni təşkil edirlər.Digər etnik qruplardan ən böyükləri portuqallar, italyanlar , əlcəzairlilər, mərakeşlilər və türklərdir. Əhalinin 48%-i katolik, 15% -i protestant, 1,3%-i yəhudi, 4,5%- i müsəlmandır.Dövlət dili: fransız dilidir.Mülayim enlikdə yerləşir.Ölkə dəniz küləkləri üçün açıqdır, amma eyni zamanda Qolfstrim cərəyanının isti təsirinə məruz qalır. Bu da iqlimi rəngarəng edir, eyni fəsildə dağlarda qar olduğu halda, sahildə palmalar bitir. Pul vahidi avrodur.a
Avropa İttifaqının qurucu üzvüdür.Rusiya və Türkiyədən sonra Avropanın ən böyük 3-cü ölkəsidir.Parisi “Yuxular şəhəri” , ”Sevgi və Eşq şəhəri”, ”Dünyanın paytaxtı” adlandırırlar.
Məşhur sənətçilərin,yazıçıların,mütəfəkkirlərin və macərapərəstlərin şəhəridir.
Fransa mətbəxi – 256 növ pendir istehsal olunur.Siz həmçinin burada 500-dən çox fərqli növdə dəniz məhsulu yeməyinin dadına baxa bilərsiniz.Fransız bagetləri yağsız bişirilir və bir neçə saat içərisində boyat olur.Gündə bir dəfə çörək alırlar.Əsasən mikrodalğa və fast-food yeməklərinə üstünlük verirlər. McDonalds burada Macdo adı ilə tanınır.
Baget - Fransız çörəyidir.Bəzi tarixçilər, bagetin inqilabdan sonra Napoleon Bonapart tərəfindən icad edildiyini qarşıya qoyur. O günə qədər yumru bişirilən çörəklər bu haldaykən daşına bilmirdi.
Brioş - keksə bənzəyən yüngül, şirin fransız çörəyi. Yüksək miqdarda yumurta və kərə yağı ehtiva edir. İstehsalı mayalama və gözlətmə əməliyyatları təxminən 1.5 gün çəkir.
Muss – şəкərlə, meyvə və giləmeyvə eкstraкtından termiкi emal edilmiş «M» marкalı manna yarmasının və limon turşularının qarışığından alınır.Quru muss bişirildiкdən sonra çalınır кi, bu zaman хörəyin müvafiq кöpüкvari кonsistensiyası alınır. Manna yarmasının zülalları кöpüкyaradıcı başlanğıc sayılır.
Burqundiya –Burqundiya Parisdən saat yarımlıq uzaqlıqda yerləşir.Şəhərin gözəlliyini görmək üçün ya velosiped ya da ki, avtomobil kirayələməyiniz məsləhət görülür.Burada Fransanın məşhur şərabları istehsal olunur.Hətta burada şərab muzeyi də var.
Eyfel qülləsi - hundurluyu 300 m-dir.Qüllə tamamilə dəmirdən hazirlanmış ve ona 8min tona yaxın dəmir işlənmişdir. "Eyfel" adı qülləyə onu 1887 –1889 cu illər inşa edən memar Qustav Eyfelin adından miras qalmışdır. Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Ziyarətçilər, üç liftlə şimal, qərb və şərq qanadlarından ilk iki platformaya çıxır.İlk və ikinci qatlarda restoranlar mövcuddur. Ən üst platformaya çatmaq istəyən bir ziyarətçi, ikinci qatda köçürmə edir və başqa bir liftə keçir.
Versal sarayı – Parisdən 22 km aralıda yerləşir.XII Ludovik tərəfindən adi bir ovçu qəsri kimi əsası qoyulub.Barokka üslubunda tikilib.Versal sülh müqaviləsi məhz 1919- cu ildə buranın güzgülü zalında bağlanmışdır.
Qadın qəsri “Şenonso” – Gözəlçə Şenonsonun şərəfinə 1513-cü ildə inşa edilmişdir.Hər yay qəsrdə “Şenonsodan qadınlar” adlı tamaşalar hazırlanır.Burada sakinlər özlərindən və həyatlarından danışırlar.
Zəfər Tağı - Tarixi abidədir.1806- cı ildə Napaleonun sifarişi ilə tikilmişdir.Şarl de Qoll meydanının ortasında, Yelisey çöllərinin qərbində yerləşir.Tağ 2 istiqamətə yönəlib-sağ və sol tərəflərə.Tağın zirvəsinə Napaleon Bonapartın qalib gəldiyi döyüşlərin adı həkk olunmuş 30-a yaxın qılınc yerləşdirilib.İgid sərkərdə, uterlis döyüşündən qalib çıxan əsgərlərinə Zəfər taxının altından keçərək evə dönəcəklərinə söz vermişdir.Amma nə yazıq ki, Napaleona qismət olmadı.Ancaq 1840-cı il 15 dekabrda Napaleonun cənazəsi Zəfər tağının altından keçirilərək son mənzilə yollandı.
Məryəm Ana kilsəsi - Kafedral kilsədir.1163-cü ildə VII Lüdovikin sifarişi ilə tikilmişdir.Site adasının şərqində yerləşmişdir.Kilsənin üzəri İncildən olan hədislərlə bəzəfilmişdir.İçəridə isə “Qiyamət günü”nü xatırladan rəsimlər vardır.Burada İsa peyğəmbərə məxsus tikanlı şələng saxlanılır.İlk dəfə olaraq bu kilsədə 1302-ci ildə Fransa parlamentinin ilk iclası keçirilmişdir.
- Saat 21.00-dən sonra telefonla insanı narahat etmək olmaz, işgüzar danışıq üçün ən yaxşısı ofisə zəng edin.
- Ənənəvi olaraq fransızlarda nahar saat 20.00-də başlayır. Əgər sizi nahara dəvət ediblərsə, deməli sizi məhz bu vaxt gözləyəcəklər. Nahardan sonra desert kimi bir neçə sortda pendir verilir. Pendiri ancaq qırmızı şərabla içmək olar. Hətta kiçik restoranda da desert sifariş edərkən bunu yadda saxlayın.
- Əgər antibiotiklərə və çox güclü dərmanlara ehtiyacınız varsa, onları özünüzlə götürün. Apteklərdə onları reseptsiz satmaya bilərlər.
- Geyimə gəldikdə Fransa 100 faizli liberal ölkədir. Hamı istədiyi kimi geyinə bilər.
Maraqlıdır:
Ərazisində təxmini 40.000-ə yaxın qəsr var.
Şam ağacını bəzəmək ənənəsi Fransadan gəlib.
Gün ərzində burada ən azı 2 kulınariya kitabı nəşr olunur.
Hesab maşını,təcili yardım,hava şarı, kino,foto,multiplikasiya,paraşüt,sualtı qayıq ən böyük ixtiralarıdır.
Bir azca da Fransızca : )
Bəli- ui
Xeyr- no
Salam- bonjur
Axşamınız xeyir – bonsuar
Sağ olun – o revuar
Görüşənədək – a tut a ler
Neçəyədir? – kombien sela kut til?
XƏBƏR LENTİ
Sevgi alimin ağlını aldı
Aslı Murad haqqında danışdı
Tarkan qızı üçün mahnı yazdı-FOTO
Dərs ili qısaldıla bilərmi?
Azərbaycan əhalisinin son sayı açıqlandı
Neslihandan Fahriyenin artıq çəkilərinə dair AÇIQLAMA
Menstruasiya haqqında bilməli olduqlarınız
Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəf almır - RƏSMİ
Beyonsdan kababçı Nüsrətə şok təklif
Google-un lobbiçiləri zəifləyəcək
Hər kəs təyyarə sürə biləcək
Gülməli anlar
Yataq üstü rəflər
Millət vəkili oğluna 1500 nəfərlik toy etdi - FOTO/VİDEO
Türkiyəli ulduz "Ay qız"ı oxudu - VİDEO
Portağallı kokostar qurabiyəsi (foto-resept)
Hadisənin son FOTOsu narazılıq yaratdı
Pensiyalarla bağlı YENİ MƏLUMAT
Merlin Monronun öldüyü ev rekord qiymətə satıldı
İstirahət gününün havası
Günün ulduz falı
Feil - 1
Skype-da gözlənilən yenilik gerçəkləşdi
Azərbaycanda evdə təhsil alanlara müjdə
Yay geyimləri
Bakı kəndlərində sel köçü
Albalı keksi (foto resept)
Putindən dünyanı ayağa qaldıran həmlə
Koronavirusu ən çox yayan mahnı məlum oldu
Danışa bilməsə də, milyonlar onu seçdi-FOTO
Müəllimlər üçün İKT-dən istifadə təlimləri keçirilir
Hava necə olacaq?
Əl işləri
Hicablı xanımlar üçün ziyafət geyimləri
Britni Spirs pəhrizi
Xəyanətin ölçüsünü orada axtarın
Bir günə 20 min artdı - Əcnəbilərin “Qarabağ” marağı...
Dolu bədənli xanımlar üçün
Şahzadələrin cazibədarlıq sirləri
Övlad sahibi olmaq istəyənlər
Berkay tənqid olundu - FOTO
"Uşaqlar və qadınlar zorla bu xoşagəlməz vərdişlərə məcbur edilirlər"
Vanqanın Qarabağla bağlı PROQNOZU
Nəvələri Heydər Əliyevin məzarında
Ay tutulması baş verəcək - Dəqiq vaxt açıqlandı
HAVA necə olacaq?
Hava haqqında
İstirahət günlərində Bakıda bu yol bağlı olacaq
Ramil Səfərov ata oldu
Bergüzar Korel çətin hamiləliyindən danışdı – FOTO
- ŞƏRHLƏR