Azərbaycanımızın ayrılmaz parçası Naxçıvan Muxtar Respublikasıdır. Həm təbiəti, həm memarlıq abidələri ilə çox zəngin olan Naxçıvan mineral sular Sirab, badamlı kimi mineral suların məskənidir. Naxçıvan mətbəxi mineral suları qədər zəngindir. Digər bölgələrdən fərqli olaraq burda ət bol yağda qovrulur və qış fəsli ərzində istifadə olunur. Hər zaman olduğu kimi ilk öncə yeməklərdən başlayaq.
Əriştə aşı
Lobya suda isladılır. Daha sonra suda bişiririk. Oçağa su qoyub ələyəzi (göyərtidir), baş soğanı, alça tuşusunu, lobyanı, "Bizim Tarla" tomat pastasını və qış üçün tədrük gördüyümüz (yuxarıda qeyd etdiyim yağda qovrulmuş ət) qovrulmuş əti əlavə edirik. Bu ərzaqlar bişdikdən sonra əriştəni, duz və istiot əlavə edib 10 dəq. qaynadıqdan sonra ocaqdan götürürük.
Küftə
Az yağlı əti, baş soğanı və əvvəlcədən qaynadılmış ləpəni ət çəkən maşından keçirirk. Üzərinə yumru düyü, yumurta, mərzə turşusu, duz, istiot, sarıkök və nanə qurusu əlavə edib qarışdırırıq. Küftələri hazırlayıb arasına alça qurusu qoyuruq. Qazanda soğanı qovurub üzərinə "Bizim Tarla" tomat pastası və su əlavə edib qaynadırıq. Qaynayan suya küftələri astaca əlavə edirik.
Məşhur Ordubad qayğanağı
10-12 ədə yumurtanı mikserlə yaxşıca çalırsan. 0.5 lt. yağı qazana əlavə edib ocaqda qızdırılır. Yumurta qızğın yağa əlavə olunur və qarışdırılır. Yumurtanin alt üzü bişdikdən sonra çeviririk. Üst üzü bişdikdən sonra qayğanağı çıxarıb düz qaba qoyuruq. Baldan hazırladığımız soyuq şərbəti qayğanağın üzərinə əlavə edirik.
Naxçıvanda çörəksiz süfrə təsəvvür etmək mümkün deyil. Elə buna görədir ki, çörəyin çeşidli növləri var: kağız kimi incə təndir lavaşı, qalın, dəstana, kömbə və s.
Saçda lavaş
Çölmək pitisi
Parça bozbaş
Xaş
Umac aşı
Qarpız mürəbbəsi
Ayran
Naxçıvanda ayran bütün süfrələri bəzəyir. Xüsusi ilə yay aylarında.
Ayran - yerli qatıq, çeşmə suyu, duz, istiot, şüyüd, məzrə, göy soğan, qızıl gül (qurusu) və gülbəsərdən(xiyar) ibarətdir.
Ovdux
Qozlu Ordubad dürməyi
Kərə yağı xama ilə qarışdırılır və üzərinə un töküb xəmir yoğrulur. İçlik üçün qoz ləpəsini tavada qovrub, ətçəkən maşından keçiririk. Qozun üzərinə şəkər tozu, bal və ədviyyat qatılıb qarışdırırıq. Xəmir paylara bölünüb 3-4 mm qalınlıqda yayılır. Yayılmış xəmir üzərinə içlik qoyulur və xəmir rulet formasına salınır. Üzərinə yumurta sarısı sürtülür və sobada bişirilir.
Naxçıvan paxlavası
http://qadin.net/index.php?newsid=6110
Nazık
Soğanı ət maşınından keçirib, suyunu sıxıb, bol yağda qovururuq. Üzərinə üyüdülmüş qoz, un (umac şəklində), duz, istiot əlavə edib yağda qovururuq. Xəmir üçün yumurta, süd, yağ, maya, xama və un əlavə edib yoğururuq. Xəmir mayalandıqdan sonra şəkərburadan bir az böyük kündələr edib içliyi qoyuruq.
Naxçıvanın əvəzolunmaz mətbəxinə aid "Naxçıvan mətbəxi" adlı kitab mövcüddur.
Əgər bilmədiyim, əlavə etmədiyim hansısa yemək varsa, üzürlü sayın. Xəbəri hazırlamaqda köməklik etdiyi üçün Sərras xanıma təşəkkürümü bildirirəm.
P.S. Sizlərdən də öz bölgənizə aid olan yeməkləri mənə təqdim etməyinizi xahiş edirəm. Ola bilsin ki, mənim də bilmədiklərim olar, sizlərdən öyrənərəm. Öncədən təşəkkür edirəm.
XƏBƏR LENTİ
Xiyar turşusu (foto-resept)
Saç tökülməsinin səbəbləri
Güllü donları necə kombinləməli?
Bu fotoları əsla görməmişdiniz
Məşhur modellər ilk dəfə səhnədə necə görünürdülər?
Məzunlara ŞAD XƏBƏR
Gözəllik üçün sağlamlığından olanlar
Alış-veriş xəstəlikdirmi?
Yeni iPhone santyabrın 10-da göstəriləcək
Mayli Sayrus da dəhşətli yanğında evini itirdi
3D yataq dəsti (1)
Ana öpüşü dərmandır
Azərbaycanda 78 nəfər koronavirusdan sağaldı, bir nəfər vəfat etdi
Günün qoroskopu: sərt və aqressiv, davakar olmayın
Allahıma çox şükür!
Detoks təsiri yaradan ərzaqlar
Qarın piylərinin əriməməsinin 5 səbəbi
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Hava haqqında - 16.01.2014
Günün ulduz falı
Hava haqqında - 12.08.2013
Burak və Fahriyə 18 milyonluq ev alır-FOTO
Afaq Bəşirqızı üçün özəl gün
Sağlam böyrəklərin sirri
Yerə sürətlə nəhəng asteroid yaxınlaşır - NÜVƏ SİLAHI İLƏ VURULACAQ
Nurgül Yeşilçay Londondan FOTO paylaşdı
Dəhşətli xəstəlik 40 can aldı
Pizza çörəkləri (foto-resept)
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
Fərqli çizkeyk (foto-resept)
Uşaqlarımıza ən faydalı oyuncaqlar
Kələmli qarğıdalı salatı (foto resept)
Sabahın HAVAsı
Xəyalə Murada etiraf et!- Layihəsi
Yeni il gecəsinin ulduzu olun
1 ayda 5 milyon Galaxy Note 3 satıldı
Oğlan, yoxsa qız?
Dünyada ən çox onun ayaqqabısı var
Şahzadə Harri soyadından imtina etdi
Gül kimi xəbər
Ledi Qaqa evindən Konsert verəcək
Ərimin arvadları…
Xanımlarımızın möhtəşəm nəticəsi
Dünyanın ilk antibakterial smartfonu hazırlandı
Öz portretini dəfələrlə çəkən rəssam
Marsda yeni kraterlər aşkarlandı
Azərbaycanda qadın hərbçilərin sayı artıb
Texnoloji aslılıq- kütləşirikmi?
Azərbaycanda işləyənlərin sayı açıqlandı
Rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlandı
- ŞƏRHLƏR