Əzizlərim, müxtəlif həyat məsələləri - şəri hökmlər, dini ayinlər, ibadət, hüquq, əxlaq, məişət, insanların bir-birinə münasibəti və s. mətləblər barəsində gözəl kəlamlar vardır. Bu dəyərli, inci tək incə kəlamları sizinlə paylaşmaq istərdim.
“Hər kəs Allah-təalanın verdiyi az ruziyə qane və razı olsa, Allah-təala da onun az əməli ilə ondan razı qalar”.
İzahı: Allah-təala hər kəsin halına münasib surətdə ona ruzi verir. Onunla razılaşmaq və qane olmaq lazımdır. Hər kəsin xeyrini o kəsin özündən yaxşı bilir, ruzisi də onun özünə uyğun olur.
***
“Allahın dolu qarından acığı gəldiyi ikinci bir şey yoxdur”.
İzahı: yemək vaxtı mədəni ağzına qədər doldurmaq düzgün deyil. Mədə dolu olduqda nəfəs almaq çətinləşir, ürəyin fəaliyyəti pisləşir. İnsanı kəsalət basır və ən əsası insanı Allahın zikrindən ayırır. Beləliklə, insan həm cismani, həm də ruhi cəhətdən ağırlaşır, yorğunlaşır. Odur ki, Allahla özünüz arasında olan sevgini əksiltmədən süfrədən doymağa bir az qalmış çəkilin.
***
“Hər kəs təvazökar olsa, Allah-təala onu yüksəldər”
İzahı: təvazö - şəxsin özünü kiçik və aşağı tutmasına deyilir. Özünü alçaltmaq yox, dikbaşlıq etməməsi anlamında qeyd olunur. İnsan özünü sadə və təvazökar apararsa, Allah onu ucaldar, şənini yüksəldər, el içərisində hörmətli edər.
***
“Ən aciz odur ki, dua etməyə də acizdir, ən xəsis odur ki, salam və salavat göndərməyə də xəsisdir”.
İzahı: məlumdur ki, heç bir iş bacarmayan şəxs öz dilini tərpədib, bir söz deyə bilər, bir dua oxuya bilər, Allahı çağıra bilər. Əgər o, heç dili ilə də Uca Rəbbimizə səslənə bilmirsə, demək o, ən acizdir bu dünyada. Həmçinin, pulsuz və mayasız başa gələn salam və salavatı da insanlıq yolunda ərmağan etmirsə, bu xəsisdən də xəsisdir.
“Xasiyyəti gözəl olan kəs imanı ən kamil olan möminlərdəndir”.
İzahı: insanların zahiri şəkli ilə batini aləmi arasında bir ahəngdarlıq vardır. Hətta hədislərimizdə buyurulub ki: "Əgər bir qərib yerdə olsanız, bir ehtiyacınız olsa, mütləq surəti gözəl olan şəxslərə müraciət edin. Çünki onların batini aləmi də gözəl olar və sizin daxili ehtiyacınızı təmin edər".
***
“Dünyada elə ol ki, guya bu dünyada sən qəribsən. Elə bil ki, buradan yol keçəcəksən. Özünü qəbr əhlindən bir neçə saatlığa gəldiyini zənn et”.
İzahı: əgər şəxs özünü bu ruhda tərbiyələndirsə, ona ölüm ağır gəlməz. Həm də özünü dünyaya bağlamaz. Dünya məhəbbəti bütün günahların başıdır.
“Nəbadə adamlar ilə mübahisə edəsiniz. Çünki bu iş qüruru zahirə çıxarır, izzəti dəfn edir”.
İzahı: mübahisə zamanı hər kəs öz qələbəsini istəyir. Bu isə çox vaxt böyük deyişmələrə və vuruşmaya səbəb olur. Bu halda əsəb insanı əhatələyir, abır-həya əldən gedir, qalib tərəf isə qələbəsindən qürrələnir.
***
“Hər müsəlmanın boynunda başqa müsəlmanlarin 6 haqqı var:
- onları gördükdə salam versin;
- onu çağıranda cavab versin;
- asqıranda üzünü yana çevirsin;
- xəstələri ziyarət etsin;
- ölsələr, onların cənazəsini müşayiət etsin;
- özlərinə xoş gələn şeyi onlar üçün də dua etsin”.
İzahı: hər şey təfərrüatı ilə izah edilib. Açıqlamaya ehtiyac yoxdur.
“Xeyrə layiq olana da, olmayana da sən xeyir ver. Əgər o xeyir ona layiq olmayana yetişərsə, sən özün ona layiq olarsan”.
İzahı: sən özünü həmişə xeyir verməyə adət etdir. Əgər sənin xeyrin qədirbilənə yetişərsə, nə xoş sənin halına. Əgər qədirbilməzə yetişərsə, qoy yetişsin, sən ki, xeyir sahibisən. Bu yaxşı sifət sənə yetər, yaxşılığın əsla itməz.
XƏBƏR LENTİ
Bu Qala kimin qalasıdır?
Uzun saçlar üçün maskalar
Ev heyvanı ilə böyüyən uşaqların qazandığı 3 üstünlük
Dünya mədəniyyətinin ilkləri
Azərbaycanda keçiriləcək buraxılış imtahanlarında dəyişikliklər edilib
Nazirdən repetitor xidmətinin bərpası ilə bağlı AÇIQLAMA
Albalı piroqu
Gənc xanımlar üçün çanta modelləri
Azərbaycan tarixindən yüz şəxsiyyət-78
Cəfəri maskası
4 günə 5 santimetr arıqladan detoks
BVF son proqnozu açıqlayıb
Bilirsinizmi?
Xeyirxahlığın ölmədiyini göstərən şəkillər
Küçələrin ən gözəl yaradıcılıq nümunələri
Bakıda 1 000 manata çörək
Uşaqların yaşına görə boşanmanın təsiri
"Taxt oyunları"nın aktrisası gizlicə ərə getdi - FOTO
“Cümə günü də məhdudiyyətlər tətbiq edilsin” - TƏKLİF
Azərbaycan kəndində ilk
Düzgün ayaqqabı seçimi
Mehmet Əli Ərbil Son Halı ilə Qorxutdu-FOTO
Kağızdan hazırlanmış donlar
Çox təmizlik Alzheimer riskini artırır
"Ağıllı lövhə"lərin şagirdlərin sağlamlığı baxımından şübhə doğurduğu məqamlar
Dadlı görünən çantalar
Xərçəng olmamaq üçün bunu etməyin
Yer qaranlığa qərq olacaq? - AMEA-dan AÇIQLAMA
Narın faydası və zərəri
Dünyada internet nə vəziyyətdədir?
BÜRCLƏR bizə nə vəd edir?- 3 fevral
Ermənistanda aclıq gözlənilir
Pareidoliya
Prezident işğaldan azad olunan torpaqlarda quruculuq işləri ilə bağlı tapşırıqlar verdi
İsti havada başımız niyə daha çox ağrayır?
Ağacları sevən pişiklər
2021-ci ilin qeyri-iş günləri açıqlandı - RƏSMİ
88 yaşlı modelin cavanlıq şəkilləri
Piyləri artıran… fruktoza
Kompüteriniz üçün maraqlı şəkillər
"Çılğın Bediş" 23 il sonra yenidən-FOTO
Orucun 15-ci günündə bunlar baş verir - Həkim danışdı
Gözəl dırnaqlar
Məşhur cütlük ayrıldıqdan sonra-FOTO
Nəşhur həkimdən ilginc AÇIQLAMAlar
Conni Deppin qızı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Makronun koronavirusa harada yoluxduğu məlum oldu
Ziynet Salı toy tarixini açıqladı
Firuşkamızın əl işləri
Çilli qız gözəlliyi ilə diqqət çəkdi-FOTO
- ŞƏRHLƏR