Onlar dünyaya cüt gəlirlər, digərlərindən əsas fərqləri də elə bundadır. Öz tayları ilə oxşarlıqları isə çoxdur. Bu yazımda əkizlərin həyatından heç yerdə oxumadığınız 12 faktla tanış olacaqsınız.
1. Əkizlər nə vaxt dünyaya gəlir?
Əkizlərin dünyaya gəlməsində yaş cox böyük rol oynayır. Valideynlərin 40 yaşı olanda onların dünyaya əkiz ovlad gətirmək ehtimalı varsa, daha sonra bu göstərici aşağı düşür. Bu da bədəndəki gen daşıyıcı hormonlar ilə əlaqədardır. Statistika göstərir ki, sonsuzluqdan əziyyət çəkənlər müalicədən sonra əkiz uşaqlar dünyaya gətirirlər. Əkizlərin nəsildən asılı olaraq dünyaya gəlməsi fikri isə əfsanədən başqa bir şey deyil. Genetik qabiliyyət buna təsir göstərə bilsə də, əkizlərin doğulma halının irsən keçməsi düzgün mülahizə deyil.
2. Məkanın əkizlərə təsiri varmı?
Dünyanın hər yerində əkizlər doğula bilər. Cəmiyyətin əkizlərin doğulmasına hər hansı bir təsiri olduğu da əsassız ehtimaldır. Amma maraqlı faktlar da az deyil. Hindistanın Kandallurlun adlı kiçik yaşayış məntəqəsini "Əkizlər kəndi" adlandırırlar. Burada 70 cüt əkiz yaşayır. Onların sayı ilbəil artır. Yerli ənənələrə görə, əkizlər eyni geyinməlidirlər.
3. Əkizlər şəhərciyi
ABŞ-ın Ohaya ştatındakı Trinzburq adlı yerdə hər il əkizlər üçün xüsusi bayram keçirilir və hər yaşdan olan əkizlər burada iştirak etmək imkanı qazanırlar.
4. Hər ikisi iki
Biologiyanın qanunlarına əsaslanıb demək olar ki, əkizlər iki və bir hüceyrəli ola bilərlər. İki hüceyrəlilər iki toxumluğun birdən döllənməsinə, monohüceyrə isə bir toxumluğun döllənməsinə və sonra onun iki hissəyə bölünməsinə deyilir. Monohüceyrəlilərdə bu oxşarlıq tam olsa da iki hüceyrəlilərdə bu eynilik 50 faiz təşkil edir.
5. Siam əkizləri
Monohüceyrəli əkizlərdə sonradan bölünmə baş verdiyi üçün bəzən onlar bitişik halda doğulurlar. Bitişmələr isə müxtəlif cür olur. Ya dəri, ya da sümük bitişik ola bilər.
6. Əkiz üsulu
İlk dəfə elm əkizlərlə XIX əsrdə maraqlanmağa başlayıb. 1876-cı ildə ingilis alimi F.Qalton "Əkizlərin nisbi təsiredici kriteriyasının tarixi" adlı elmi məqalə yazıb. Monoziqotlu əkizlərin ayrılması haqqında ən etibarlı mənbə isə 1992-ci ildə ABŞ-da çap olunub. Cessika və Besi adlı əkizlər anadan olduğu dövrdən ayrı-ayrı ailələrə verilir. Bacı əkizlərin ilk görüşü isə onların 18 yaşına təsadüf edir. Onlar müxtəlif cəmiyyətlərdə, müxtəlif ailələrdə yaşamalarına və fərqli təhsil almalarına baxmayaraq bir-birini çox gözəl başa düşürdülər. Sözü gedən əkizlər eyni kitabları oxuyur, sevir, eyni əyləncələr ilə məşğul olurdular. Hətta eyni xəstəlikdən - vərəmdən əziyyət cəkirdilər.
7. Zəif əkizlər
Əkizlərin hamiləlik dövrü çox ağır və çətin keçir. Hamiləliyin əksəriyyəti isə vaxtından qabaq doğuşla başa çatır. Onların çəkisi az olmaqla yanaşı, müxtəlif infeksion xəstəliklərlə dünyaya gəlirlər. Bu da çox döllük yumurta ilə bağlıdır.
8. Böyük və kiçik, güclü və zəif
Belə bir mifologiya mövcuddur ki, guya böyük əkiz daha güclü olur və liderə çevrilir. Kiçik əkiz isə zəif olduğundan böyüyə tabedir. Bu isə təbii ki, valideynlərin mülahizəsidir. Beləliklə, kiçiyin zəif və gücsüz olması haqqında fikirlər özünə yer edir.
9. Oxşarlıqlarına səbəb
Əkizlərin öz oxşarlıqlarına münasibəti çox zaman ətrafdakıların təsirindən doğur. Onlar eyni geyinir, oxşar adlar daşıyır. Təbii ki, onların uzun müddət bir yerdə vaxt keçirməsi də mühüm rol oynayır.
10. Əkizlər və onların ailə həyatı
Yeniyetməlik dövründə bəzən onlar oxşar geyindiklərinə görə narazılıq edirlər. Böyüyəndə isə onların münasibəti təbii ki, əkizlərin monohüceyrəli və ya iki hüceyrəli olması ilə əlaqədardır. Müşahidələr göstərir ki, iki hüceyrəli əkizlər böyüyəndə bir-birindən ayrılırlar. Onlar müxtəlif sənətləri seçirlər. Ətrafdakılarla münasibətdə bir-birindən fərqli olurlar. Monohüceyrəli əkizlərdə isə münasibətlər tam fərqlidir. Onların arasından, necə deyərlər, su belə keçmir. Ailə həyatı qurduqdan sonra isə onlar öz yaşayış tərzindən heç də razı qalmırlar.
11. Hissiyyatlı əkizlər
Əkizlərin hissiyyatlı olması artıq sirr deyil. Bu haqda mətbuatda kifayət qədər yazılıb. Elə filmlər də bundan yan kecməyib. Birinin ayağı sınanda o birinin gün ərzində ayağının ağrımasının dəflərlə şahidi olmuşuq. Onların eşitmə qabiliyyəti də çox güclü olur.
12. Əkizlər arasında özünə qəsd
Danimarkada 1870-1930-cu illər ərzində 21653 əkizin həyatı müşahidə edilib. Və məlum olub ki, onların 28 faizi özünə qəsd edib. Alimlərin fikrincə, bu hal psixoloji xəstəliklərlə bağlıdır.
XƏBƏR LENTİ
Azərbaycan Kuboku: 1/8 final oyunları
Xəstəliklərə qarşı möcüzəvi ərzaqlar
Şakira və CeyLodan möhtəşəm şou - FOTO+ VİDEO
Kişilərə faydalı məsləhətlər
Uşağınızın dahiliyini göstərən 7 cəhət (II hissə)
Orta məktəblərdə bu şagirdlərə pul mükafatı veriləcək
Azərbaycanlılarla əcnəbilər arasında nikah: vəziyyət nə yerdədir?
Şirniyyat aksesuarlar
Evdə işləri asanlaşdıran dizaynlar
“Azərbaycanda erməni kəşfiyyat şəbəkəsi aşkarlanıb”
Bu gündən karantin rejimi sərtləşdirilir
HAVA necə olacaq? -27 Mart
Sandra Ballokdan ŞOK ETİRAF
İlin ilk Günəş tutulmasının vaxtı açıqlandı
Məşhur aktyor "Barselona"nı ələ saldı
Xərçəng riskini artıran amillər
Məşhur futbolçu 5 milyona torpaq aldı-FOTO
Azərbaycan və Türkiyənin birinci xanımlarının görüşü olub
Kənd toyuğu bahalaşdı
Kosmosda qəbristanlıq tapıldı
Avro dəyərdən düşür
Ebola virusu qarşıdurma yaratdı
Qol vuran qazanır!
Ermənistanda güclü zəlzələ oldu
Balıq piroqu (foto resept)
İlham Əliyev: “Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı”
Çiyələkli parfe (foto resept)
Yeri təhlükə gözləyir-Foto
İdeal bədənin 7 sirri
Yalan danışan uşağa necə davranmalı?
Boyun qırışlarını necə azaltmalı?
Dünya mədəniyyətinin ilkləri
Müdafiə Nazirliyindən müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə MÜRACİƏT
Bakıda siqaret qadağasına əməl olunurmu?
İspan dili 11-ci dərs
Təhsili olmayan dahilər
Miqrenə qarşı yeni dərman
Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindi
Uşağınız sol əlini işlədirsə diqqət!
Kreativ kitab rəfləri
Əgər prezident olsaydım...
Günün ulduz falı
Divardan asılmış restoran
Diş ağrısını azaldan 3 təsirli üsul
Milanda gəzməli yerlər
Nəcməddin Sadıqov işdən çıxarıldı?- Rəsmi açıqlama
Özcan Dəniz qalmaqallı FOTO haqqında danışdı
Ürəyimiz yananda çay?
Ayaqqabı və çantalar
Bir damın altında
- ŞƏRHLƏR