1. Bəzən qəlbimdə sağalmaz yara, bəzən əllərimdə hiss etdiyim gizli bir toxunuş, bəzən üzümdə səbəbsiz yerə yaranan təbəssüm, bəzən ürəyimdən keçən xoş bir arzu, bəzən də gözlərimdən axan bir damla yaşsan sevgilim, "Səni sevirəm"...
2. Bir gün məndən "Həyatın mənası nədir" deyə soruşsalar, gözlərimi yumub, sənin xəyalını gözlərimin önündə canlandırıb səndən danışaram və sonda deyərəm: "Budur həyatın əsl mənası, sevdiyim..."
3. Sevgi gözəl hissdir, sevgi həyatdır, hər şeydir, bunu heç bir duyğu əvəz edə bilməz, amma gərək sevgin qarşılıqlı olsun. Olmasa, əzabdır sevgi.
4. Uşaq olanda yanımda gizli sevgidən danışanda həmin adamı ürəyimdə çox qınayırdım. İllər keçdi, böyüdüm, 20 yaşım oldu və bu qınaqlarımın yersiz olduğunu anladım, çünki artıq ozüm də sevirdim...
5. Sən həyatıma girdin, çox sevindim, bəzən qəlbimi qırdın, çox üzüldüm, ağladım, amma yenə bağışladım, çünki sevginin gözəlliyi elə bağışlamağı bacarmaqdır...
6. Vaxt oldu üzüldüm, ağladım, səni sevdiyim üçün özümə lənətlər yağdırdım, amma zaman keçdi sənin kimi gözəl qəlbli bir insanı mənim qismətimə yazdığı, mənə səni tanımağı nəsib etdiyi üçün şükür etdim Allaha...
7. İnsanlar müxtəlifdir, Allah (c.c) hərəmizi bir xarakterə sahib yaradıb, lakin hər kəsdən iki cüt yaradıb - biri sən, digəri səni sevən...
8. Məncə, gizli sevgi deyilən bir anlayış yoxdur, çünki səni görəndə gözlərim o qədər parlayır ki, bunu görməmək üçün kor olmaq lazımdır. Buna görə kimisə sevdiyini əslində hər kəs bilir, lakin sərf etməyən adamlar bunu anlamaq istəmir.
9. Bu sözə nifrət edirəm - "Bizdə heç nə alınmadı". Bu nədir, anlamıram. Necə yəni alınmadı, yəqin ki sən istəmədiyin üçün alınmadı və əgər alınmayacaqdısa, qəlbimi qırmağı bu qədərmi çox istəyirmişsən.
10. "Sevgi yoxdur, inanmıram" deyən insanlara səslənirəm burdan: bir anlıq öz gözünüzü bağlayıb qəlb gözünüzü açsanız, mütləq sevginin nə olduğunu anlayacaqsınız.
11. İnsanlar yaşadıqları həyatı bir anlıq gözlərinin önünə gətirib canlandırsa, hər kəs görər ki, bu dünyada həqiqətən də hər şey boşdur, yalnız axirət üçün yaşamaq lazımdır.
12. Dünyada Allah (c.c) yaratdığı hər canlını, hər varlığı, hər şeyi çox sevirəm. Lakin ana-atamdan və dünyada var olan hər bir varlıqdan çox yalnız tək və böyük olan Allahımı sevirəm.
13. Özünü dartıb dağ başına qoyan insanlardan heç xoşum gəlmir, çünki onlar unutmamalıdır ki, sonunda hər birimizin gedəcəyi yer, geyəcəyi geyim eynidir, bunlar mənasızdır.
14. "Son diləyini dilə, artıq ölürsən" deyə bir şans verilsəydi mənə "İlahi, bütün möminlərini bağışla, cənnətində sığındır" deyərdim.
15. Dünyada hər şey qeybə çəkilsə, yox olsa, bir mən qalsam bir də bir parça kağız və qələm həmin kağıza "Əşhədü ənla ilahə illəlah və əşhədü ənnə Muhammədən Rəsul Allah" ("Şəhadət edirəm ki, Allahdan başqa İlahi yoxdur və yenə də şəhadət edirəm ki, Muhamməd onun qulu və elçisidir") deyə yazardim.
16. "Dinsizin öhdəsindən imansız gələr" deyilən bir söz var. Mən bununla razı deyiləm, məncə, dinsizin öhdəsindən imansız, yox imanlı biri gələ bilər.
17. "Qəlbində bu qədər Allah sevgisi varkən niyə namaz qılıb hicab bağlamırsan?" deyənlərə buradan səslənirəm: axı siz məni tanımırsınız, nə bilirsiz bağlamayacam.
18. İnsan nəfəsi ağzından çıxıb bu həyatı tərk edənə qədər hər şey üçün şükür etsə, Allah (c.c) ona doğru yoldan çəkinməməyi nəsib edər.
19. "Uşaq atasız deyil, anasiz yetim qalar" deyirlər boyuklərimiz, amma bu belə deyil, uşaq həm atasız, həm anasız yetim qalır. Ana hər nə qədər atanın yoxluğunu hiss etdirməməyə çalışsa da uşağın qəlbinin bir tərəfi həmişə yarım qalır və o boşluğu heç kim doldura bilmir.
20. Sevgi hər kəsə və hər şeyə ola bilər, lakin ən boyük sevgi görmədiyini sevməkdir, ona bağlanmaqdır, onu hər zaman qəlbində yaşatmaqdır, kimsəni onu sevdiyin qədər sevə bilməməkdir - ən böyük sevgi Allaha olan sevgidir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Yeni makiyaj trendi: Draping
BÜRCLƏR bizə nə vəd edir? - 28 mart
Merilin Monronun sırğaları fantastik qiymətə satıldı
Cəbhədə irimiqyaslı təlimlər
95 yaşlı milyarder evləndi-FOTO
Məşhur aktrisanın FOTOsu sosial şəbəkəni qarışdırdı
Murad Bozdan NİŞAN AÇIQLAMSI
Dünyanın "ən"ləri
Cennifer Lopezin geyimi hər kəsi heyrətləndirdi-FOTO
İnstagram fırıldaqçılarla mübarizə aparacaq
İman edən alimlər-2
Erməni müğənni Azərbaycan mahnısı oxudu
Ardıcıl səkkiz gün iş olmayacaq - QƏRAR
Paxlavanın 1 dilimi 1000 dollardır-FOTO
Doğuşdan sonra qəbizlik
İş axtaranlara şad xəbər
Günün qoroskopu: Sevdiklərinizə dəyər verin!
Tiflisə səyahətin ucuz və rahat yolları
Zəhərli yumurta yayıldı - AVROPA QORXU İÇİNDƏ
Bilik var adamı kor edər, bilik də var...
7 yaşlı qız alimləri pərt etdi
“Dilmanc”dan yenilik
"Sevgi Qatarı" hər kəsin diqqətini çəkdi-FOTO
Bananlı, portağallı içki
Cavabsız suallar...
Aleyna Tilki istirahət FOTOsu paylaşdı
Açıq havada idman etmək
Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı
Azərbaycanda təbii qaz təchizatçısı dəyişib - QƏRAR
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
Payızın trend saç rəngi
Uşaqların mənfi davranışlarını necə yox etməli?
Bleyk yeni trend yaratdı-FOTO
MTRŞ “Lider” TV ilə bağlı bəyanat yayıb
Ermənistan prezidentinin daha bir yalanı ifşa edildi
Hava necə olacaq?
Mağazalara yararsız yumurta satan şəxs saxlanıldı
Göydən kül yağdı
Soyuq havalar üçün manikür modelləri
Bürclərin romantiklik dərəcəsi (1)
Azərbaycan Xəzərin şərq sahilləri ilə qaz ixracına hazır olduğunu təsdiqlədi
Bir-birindən maraqlı 8 fakt
Milyarder 2 milyardlıq yaxtasında qonaqlıq verdi-FOTO
Saçlarınıza zərər verməyin
Günün qoroskopu: çətin anlardan mütləq çıxış yolu tapacaqsınız
Hələlik sadə əməliyyatlardır
"Milan" satıldı - 1,5 milyarda
2015-ci ildə Bakıda ilk Avropa Oyunlarınından yeni xəbər
Hamiləlik və doğuş
Diri toyuqların satışı məhdudlaşdırılacaq
- ŞƏRHLƏR