Hər səhər yuxudan ayılan aslan isə ən yavaş qaçan ceyrandan sürətli qaçmaq lazım olduğunu düşünür. Yoxsa aclıqdan öləcək.
İstər aslan olun, istərsə də ceyran olun, heç bir fərqi yoxdur. Əsas odur ki, günəş öz şəfəqlərini yaymağa başladığı andan etibarən qaçmalı olduğunuzu bilin, həm də ki, dünənlə müqayisədə daha sürətli qaçmalı olduğunuzu bilin.
Həyat adlı bu qaçışı Afrika atalar sözü çox gözəl izah edir məncə. Bu həyatda hər ötən gündən daha sürətli qaçmaq lazımdır. Çünki əgər aslansınızsa və əgər ən zəif qaçan ceyranı dünən ovlamısınızsa, artıq bilməlisiniz ki, bu gün ən zəif qaçan ceyran sizdən sürətlidir. Ona görə də dünənə nisbətən bu gün daha sürətli olmalısınız.
Yox əgər ceyransınızsa və hələ aslana yem olmamısınızsa mütləq sürətinizi ötən günlərə nisbətdə artırmalısınız. Bu həyatda uğur əldə etməyin tək bir yolu var. O da dünənə nisbətən daha sürətli olmaqdır.
Bu isə o deməkdir ki, zamanımızı boş yerə israf etməməli və onun qədrini bilməliyik. Ölümün bizi harda haqlayacağını, ölüm mələyinin başımızın üstünü nə zaman alacağını bilmirik. Amma ölüm bizi hər yerdə- hər küçədə, hər döngədə, hər tərəfdə gözləyir. Biz isə onu gözləmirik. Bütün dünya istəklərimizi planlaşdırırıq, ölümü isə siyahının ən sonuncu bəndinə yazırıq. Bəlkə də heç ölümə bənd ayırmayanlar da var. Nə qədər ki, əlimizdə imkan var axirət həyatımız üçün azuqə toplamalıyıq və imtahanda olduğumuzu unutmamalıyıq.
Bir ilin dəyərini öyrənmək üçün əsgərə müraciət etməyimiz kifayət edər. Saatların dəyərini öyrənmək üçün isə ən yaxınının ağır əməliyyatının bitməsini gözləyən şəxslərdən soruşsaq, onlar bu saatların dəyərini çox gözəl izah edər. Bir dəqiqənin dəyərini bilmək üçün isə vacib bir görüşə gecikən və indicə minəcəyi qatarı qaçıran adam olmağımız kifayət edər. Saniyələrin qədrini bilmək üçün isə indicə baş vermiş qəzadan möcüzə nəticəsində xilas olan şəxsə baxmağımız bəsdir.
İş burasındadır ki, zamanımızın qədrini bilmək üçün o insanların yerinə olmamalıyıq. Əlimizdəkilərin qədrini onların başına bir şey gəlməmişdən əvvəl bilməliyik və tələsməliyik. Yaxşılıqlar etməyə, nailiyyətlər qazanmağa və ibadətlərimizə tələsməliyik.
Zaman axıb gedir. Onunla birlikdə bizim gücümüz də, cavanlığımız da gedir.
İndi isə özünüzə fikir verin. Düşünün görək qonşunuzdan, qohumunuzdan, yoldaşlarınızdan yox, dünəninizdən daha sürətlisinizmi? Əlinizdəki zamanın qədrini bilirsinizmi?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uşaqlarda yayılan virusla bağlı rəsmi açıqlama
İltihab əleyhinə pəhriz nədir?
“Wi-Fi” siqnalları gizlənən insanları tapa biləcək - VİDEO
Ermənilər Dağlıq Qarabağı tərk edirlər - VİDEO
BÖYÜRTKƏN TORTU
Manatın növbəti üç gün üçün MƏZƏNNƏSİ
Çəkmələrinizdən qoxu gəlməsin deyə...
Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM
2017-ci ilin trend rəngi: Qırmızı
Bakıda ən bahalı torpaq haradadır?
Lavrov: “Moskva BMT-nin Qarabağdakı fəaliyyətlərə qoşulmasını gözləyir”
Nepalda növbəti təbii fəlakət
Ukrayna yoxsulluq həddinə düşdü
Ronaldo 600-cü qolunu vurdu!
Arıqlamaq üçün qızıl qaydalar
AFFA cəzaları açıqladı
Sellülit üçün faydalı yağlar
Şəhid anaları ilə görüş
ABŞ konsulluğunun yanında terror
Baha qiymətə satılan qeyri-adi əşyalar
Cemli, halvalı peçenye (foto resept)
Səmada fişənglə uçdular
8 Mart ovqatı
Yazda cücərdərəm səni…
Qadınlarda kəskin tüklənmənin səbəbləri
Türkiyə mətbəxindən " Arnavut plovu" (video-resept)
Bu da yeni Nissan Qashqai
HAVA necə olacaq?
Hava haqqında
Bayram günlərində gözlənilən hava şəraiti AÇIQLANDI
Yağlı yemək beyni pozur.
Yarpaq bisküvit (foto resept)
Bakı 2015-də ilk medalımızı qazandıq
Saçlar üçün
Hande Doğandemir xəyanətdən danışdı-FOTO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
2018 gəlinlik kolleksiyası
İsmayıllı meşələri od tutub yanır
Mavi qar yağdı
Ningen-qeyri-adi varlıq!
Azərbaycan lokomotiv parkını modernləşdirir
Azərbaycanda bir kəndin bütün sakinləri koronavirus yoxlamasından keçdi - VİDEO
İstirahət günü çimərliyə getmək istəyənlərə pis xəbər
Ramil Usubov gənc polislərə sıra baxışı keçirdi
Yumurtanın təzə olub-olmadığını yoxlayın
Ancelina Colini gizli agent hesab edirlər-FOTO
Ən effektli və sağlam pəhriz
Dünyanın ən bahalı almaz ayaqqabısı
10 funt verdi 1 milyon qazandı
Alma maskası
- ŞƏRHLƏR