Əziz Qadın.net istifadəçiləri. Sizlərə təqdim etdiyim "Qabusnamə" kitabını yəqin ki, çoxlarınız oxumusunuz .Və bu haqda da məlumatınız var. Bu kitab -dünyanın acı-şirinini dadmış, isti-soyuğunu görmüş qocaman bir atanın Ziyarilər xənədanının son hökmdarı olan Keykavus ibn İsgəndər ibn Qabus ibn Vəşmgir ibn Ziyar tərəfindən 475-ci hicri-qəməri (1082-1083 miladi) ildə oğlu Gilanşaha bir "vəsiyyətnamə" və "nəsihətnamə" dir..Kitabın müqəddiməsində ata oğluna belə müraciət edir"Ey oğul, öz adımı bu dünyadan köçənlər siyahısında gördükdə, belə qərara gəldim ki, "köç naməsi" mənə çatmamış mən sənə bir "namə" yazım, orada dünyanın yaxşı və pis işlərini, dövranın düz və gəc gərdişini təsvir edim, fürsət əldən getməmiş yaxşı bir ad qoyum.Ey oğul, zəmanə səni yumşaltmamış sən öz ağlının gözləri ilə mənim sözlərimi oxu və ona əməl et... Sən mənim dediklərimdən yaxşı fayda götürə bilməsən də heç olmazsa mən atalıq borcumu yerinə yetirmiş olaram.Bir də elə adamlar tapıla bilər ki, onlar dəyərli sözlərə qulaq asıb ona əməl etməyi qənimət sayarlar...."
*Bu dünya tarla kimi bir şeydir, yaxşıdan-pisdən nə əksən onu da biçəcəksən. Yaxşı adamlar bu dünyada aslan təbiətli olarlar, pis adamlar isə it təbiətli. İt tapdığı şeyi ordaca yeyər, aslan isə ovladığını başqa yerdə. Bu dünya bir ovlaqdır, sən isə ovçu, sənin ovunda-yaxşı əməllərin.Çalış indi yaxşılıq elə ki, sonra xeyrini görəsən....*
*Amandır oğlum, dünyada boş şeylərə könül vermə və demə ki, namazı qılmamaq da olar. Əgər sən namazı din xatirinə qılmaq istəməsən, heç olmazsa sağlam düşüncə əsasında qıl. Bilməlisən ki, namazın bir neçə faydası var. : birinci 5 dəfə vacib namaz qılan adamın həmişə bədəni və paltarı təmiz olar, təmizlik isə , hər halda natəmizlikdən yaxşıdır; ikincisi, o təkəbbür və qeybətdən uzaq olar, çünki namazın əsasını təvəzökarlıq təşkil edir, təbiətini təvəzökarlığa alışdırsan bədən də təvəzökarlığa adət edər.*
*Miras xatirinə ana və atanın ölmünü arzulama.Ata-anan ölməsə də sənin ruzin yetişəcəkdir, çünki hər kəsin qisməti özünə çatacaq*
*Qədir bilməyən adama yaxşılıq etmək nadanlıqdır. Sən də nadanlıq adını qazanmağa çalışma. Öz övladının sənə qarşı necə olmalarını arzulayırsansa, sən də öz ata və anana qarşı elə ol ! Övlad meyvəyə bənzər , ana-ata isə ağaca.*
*Nə sənətin sahibi olursan ol, ancaq sözü yerində deməyi bil, çünki yersiz deyilən söz nə qədər gözəl olsa yenə də çirkin görünər. Faydasız sözlərdən qaç, çünki faydasız sözlərdən həmişə ziyan gələr.Camaat içində heç kəsə nəsihət etmə.Deyiblər ki, "Adamlar içərisində nəsihət məzəmmətə bərabərdir".*
*Sənə pis deyəni onu sənə xəbər gətirəndən tez bağışla.*
*Dostunun az olmasını istəmirsənsə, kin saxlayan olma!*
*Artıq dərəcədə kədərli olmaq istəmirsənsə paxıl olma.*
*İstəyirsən ki, asudə yaşayasan, işlərini hadisələrin gedişinə uyğun qur.*
*İstəmirsən ki, sənə divanə desinlər, tapılmayan şeyi axtarma.*
*Ən aldadılmış adam ona deyərlər ki, nağdı nisyəyə dəyişə.*
*******
Ardı var
XƏBƏR LENTİ
Anası kimi davranmayın
Alış-veriş mərkəzləri insanların xarakterindən xəbər verir
Hazal Kaya nişanlandı - FOTO
Tələbənin haqqı təhsil haqqının altında tapdanır
Putin Ermənistanı dağıdacaq
Azərbaycan əhalisinin sayı 9,5 milyonu ötüb
Xəyal dünyası ilə valeh edən şəkillər
Dəyərsiz bildiyiniz köhnə telefonların tərkibində qızıl var
Qüsursuz qonaq otağı dekorasiyası üçün 4 addım
Quş yuvası, yoxsa?
"Aprel döyüşlərində bir kəndi də itirmişik"
Sürücüsü Ozan Güvenin qalmaqalından danışdı
26 yaşında 17 kiloqram çəkiyə malik qadın
Salep necə hazırlanır?
Məşhur almaniyalı məşqçi öldü
Pələng toyuğu belə parçaladı
İki rayona QAR YAДћDI
Real görünən rəsmlər
İngilis dili - J (2)
Həcc ziyarətinin marşrutu dəyişdirildi
Şalvarın transformasiyası
"Medcezir" serialındakı ev satılır-QİYMƏT
Bülent Ersoyun donu diqqət çəkdi - FOTO
13 yaşlı uşaq özünə ev tikdi!(FOTO)
Bu ilin ikinci Günəş tutulması olacaq
Öz mətbəximdən nümunələr
Kələğayı və şərflər
Fırtına 40 metrlik 2 minarəni aşırdı
Arıqladan çaylar
Mikrob, virus və xərçəng hüceyrələrini öldürən TƏBİİ QARIŞIQ
Təbii gözəllik
Hamiləlikdə şəkər xəstəliyi
Asan boxaça (foto resept)
Şeyma Subaşı hamilədir? - FOTO
Azərbaycan qənaət rejiminə keçdi
Fikus bitkisi
Ziyafət üçün dəst geyımlər
Motivasiya filmləri
Marsda göl tapıldı
Kosmonavt pəhrizi
Rəqs et mənimlə, eşqin sonuna kimi...
Toy xonçaları
Qarabağ haqda təcili bəyanat
Qarın əridən qidalar - SİYAHI
Ermənilər Tərtəri atəşə tutur: Yaralılar var
Eyvanda kabab bişirmək qadağan olunacaq
Windows 9 əməliyyat sisteminin istifadə vaxtı açıqlandı
Bu addım xərçəngə səbəb ola bilər
1000 manat istəyənlərin nəzərinə
Sürətli oxu - 5
- ŞƏRHLƏR